Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

MDHP sədri , millət vəkili Fərəc Quliyevin 02 may 2017-ci ildə Milli Məclisdəki çıxışı (audio)

MDHP sədri , millət vəkili Fərəc Quliyevin 02 may 2017-ci ildə Milli Məclisdəki çıxışı (audio)
Təşəkkür edirəm, Cənab sədr!

Mən sənədlə tanış oldum və doğurdan çox müfəssəl hazırlanmş sənəddir və hesab edirəm ki, son zamanlar belə ətraflı və əhəmiyyətli sənədlərin ortaya çıxması nadir hallarda baş verir ona görə də bu işin üzərində işləyən hər kəsə təşəkkürümü bildirirəm.
Məncə bu sənədin əsas müddəalarından bir neçəsi qeyri-neft sektorunun inkişafında kompleks yanaşmalar əsas əhəmiyyət kəsb edir və Əbülfəz müəllimdə bu məsələyə toxundu. Təkcə bir turistin burda qalması, dincəlməsi ilə bağlı olaraq həm də bir çox sahələrin inkişafı nəzərdə tutulubdu, bu çox gözəl bir yanaşmadır. Üstəlikdə artıq bu sahənin inhisara alınmasının mümkün olmaması ilə bağlı fikirlər səsləndi. Bu sənəddə 3.1.14-cü maddədə inhisarçılığa yol verməmək haqqında müddəanın da salınması onu göstərir. Hesab edirəm ki, buna da şərait və imkanlar vardır. Turizmi birdən birə inkişaf elətdirmək mümkün deyil. Böyük turizmin inkişafı üçün infrastrukturun yaranmasına qədər əgər inhisarçılıq olmuyacaqsa və yerlərdə kiçik sahibkarlar kiçik infrastruktur quraraq turistlərin ilkin qəbuluna başlıyacaqlarsa onlara dəstək verilməsi çox vacibdir ki, bu kiçik nfrastrukturlar qurulsun. Onun üçün də bu sənəddə 7.2 bəndinin salınması təqdir olunan haldır. Yəni bu tipli məsələlərin artıq öz əksini tapması sevindiricidir. Və yaxud da müəyyən məsələlərin satışı bağlı olaraq mən suvenirləri falan nəzərdə tutmuram. Tutaq ki, İsrail Ölü dənizin məhsullarını hər yerdə satır, bizim də ikanımız varki palçıq vulkanı məhsullarını sataq və yaxud da Naxçıvanda Darıdağ suyunun paraşok halına salınmış məhsulunu sataq. Bunun üçün də müəyyən maddələr salınıbdı həm 4.2 bəndi həm 23.2.6 bəndi buna imkan verir və yeri gəlmişkən Naxçıvanla bağlı deyim ki, məncə bu sənəddə ikinci oxunuşa qədər yaxud da sonrakı vaxtlarda komitə bir məsələni xüsusi olaraq nəzərə alsınki Naxçıvan turizm üçün çox unikal bir yerdir və ora gediş məsələsini biraz asanlaşdırmaq lazımdır. Çünki turistlər üçün olan biletlərin qiyməti yerli əhaliyə satılan biletin qiymətindən fərq edir. Onu eyniləşdirmək normal olarki turistlər ona cəlb olunsun. Çünki Naxçıvanın çox unikal bir təbiəti var və orda müəyyən imkanlar var ki insanlar orda istirahət edə bilsinlər və orda turizmin inkişafı iş yerlərinin açılmasına vasitədir.
Mən detallar və təkliflər haqqında danışmıyacam. İkinci oxunuşda təbii ki bu məsələlərə toxunulacaq.
Hesab edirəm ki, güzəştlərin olunması və müəyyən sanator kurort müalicəsi ilə bağlı olaraq və yaxud da mədə-bağırsaq profilli sanator kurortların hazırlanması ilə bağlı olaraq yenə mən Naxçıvan məsələsinə qayıdıram ki, orda Sirab, Badamlı bulaqları ətrafında bu tipli sanator kurortların salınmasına əhəmiyyət vermək lazımdır. Mən baxdım sənədlərdə ümumi olaraq göstərilirdiki bizim artıq o bəndlər imkan verir ki, Masazır yaxud da Hövsan gölündən, palçıq vulkanlarından, bulaqlardan istifadə eləmək imkanları yaransın. Kiçik otellərin, kiçik qalma yerlərinin, məskunlaşma yerlərinin salınması ilə bağlı imkanlar yaradılıb. Mən başqa təkliflərimə növbəti oxunuşlarda toxunacam. Mən bir daha bu sənədin normal hazırlanmasını bildirirəm və sənəd üzərində işləyən həm komitəyə, həm nazirliyə öz təşəkkürümü bildirirəm.
Sağolun