Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fəxri prezidenti Fərəc Quliyev olan “Bozqurd Fight Club” təsis olundu

Fəxri prezidenti Fərəc Quliyev olan “Bozqurd Fight Club” təsis olundu
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü və himayədarlığı ilə deputat seçildiyi Suraxanı rayonunda “Bozqurd Fight Club” idman klubu təsis olunub.
Klubun təsis olunmasında bir çox tanınmış və yüksək nəticələr əldə etmiş idmançılar iştirak ediblər.
Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbirdə əvvəlcə klubun yaranma məqsədləri barədə danışılıb.
Zaqafqaziya çempionları, xüsusi təyinatlıların olimpiadasının qalibləri, qeyri olimpia idman növləri olimpiadası qalibləri, Batumi Kubokunun sahibləri, müxtəlif beynəlxalq və Respublika turnerlərinin qalibləri olan idmançılardan Rəhim Rəhimli, Rəşid Kərimov, Sənan Hətəmov, Hüseyn Qafarzadə, Yusif Əliyev kimi bir çox idmançıların da iştirakı ilə təsis olunan idman klubunun əsas məqsədi beynəlxalq yarışlarda və yüksək səviyyəli turnerlərdə yaxşı nəticələr əldə etmiş, lakin diqqət və qayğıdan kənarda qalmış istedadlı və bacarıqlı idmançı gənlərin perspektiv əldə edə bilməsinə çalışmaq, məktəblərin nəzdində olan idman klublarında məşq edən gənclərin istedadının üzə çıxarılmasında vasitəçi olmaq və türk millətinə məxsus döyüş sənətinin sistemləşdirilməsi və yayılması istiqamətində işlər aparmaqdan ibarət olacaq.
Klubun fəxri prezidenti Fərəc Quliyev idmançılarla səmimi söhbətlər apararaq qarşıya qoyulmuş məqsədlərin mahiyyəti və vacibliyi barədə danışıb. Bunlardan əlavə gənclərin sağlam həyat tərzi, bəşəriyyətin bəlasına çevrilmiş narkomaniyadan uzaq olmaları və vətənpərvər ruhda formalaşmaları ilə bağlı bu cür təşəbbüslərin mühimliyindən danışıb və görülən işləri yüksək qiymətləndirdiyini bildirib.
O da qeyd olunub ki, yaxın zamanda klubun böyük bir idman yarışının keçiriləcəyi və gələcəkdə fəaliyyətin idman federasiyası şəklində qurulması nəzərdə tutulur.
Tədbirdə idmançılar idman nömrələri nümayiş etdiriblər və Fərəc Quliyevlə xatirə şəkilləri çəkdiriblər.