Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Rusiyaya qarşı həmrəylik nümayiş etdirmək lazımdır, çünki...”

“Rusiyaya qarşı həmrəylik nümayiş etdirmək lazımdır, çünki...”

Fərəc Quliyev: “Kreml yaratdığı münaqişələr vasitəsi ilə post-sovet ölkələrini orbitində saxlamağ çalışır”

Son vaxtlar Rusiyanın Gürcüstan ərazisində yenidən aktivləşməsi region dövlətlərində ciddi narahatlığına səbəb olmaqdadır.
Maraqlıdır, Rusiyanın qonşu ölkədəki aktivliyi Azərbaycan üçün hər hansı təhdid təşkil edirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Rusiyanın bütün post-sovet məkanı üçün təhdid predmeti olduğunu vurğuladı:

“Rusiya hər zaman bütün bölgəni təhdid edib və bu gün də təhdid etməkdə davam edir. Post-sovet məkanındakı münaqişələrin hamısını Rusiya yaradıb. Rusiya bu münaqişələr vasitəsi ilə post-sovet ölkələrini öz orbitində saxlamağa çalışır. Rusiya tərəfindən müxtəlif problemlərlə üzləşən dövlətlərin hamısı birgə davranmalıdır. Əgər Rusiya bu gün Gürcüstanı çökdürərsə, orada separatçılara dəstək verib onların uğur qazanmasına nail olarsa, gələcəkdə də digər dövlətlərdə oxşar addımlar ata bilərlər. Buna görə də həmrəylik nümayiş etdirmək lazımdır”.

Seymur Əliyev