Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Prezidentliyə namizəd Fərəc Quliyev Sumqayıtda seçicilərlə görüş keçirdi (foto, video)

Prezidentliyə namizəd Fərəc Quliyev Sumqayıtda seçicilərlə görüş keçirdi (foto, video)

11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyev aprelin 25-də Sumqayıt şəhərində seçicilərlə görüş keçirib.

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində baş tutan görüş anşlaq və çoşqun ruhda olub.

Görüş saat 15:00-a planlaşdırılsa da Fərəc Quliyevin tərəfdarları və seçicilər səhər saatlarından Mədəniyyət Mərkəzinin ətrafına toplaşmışdılar.

Milli Dirçəliş Hərəkatı Partiyasının Sumqayıt şəhər təşkilatının gəncləri isə Fərəc Quliyevi dövlət bayraqları, partiyanın bayraqları və milli şüarlar yazılmış plakatlarla qarşıladılar. Təşkilatçılar tərəfindən səsucaldıcılar vasitəsiylə səsləndirilən vətənpərvər və milli ruhda olan mahnıların sədaları altında Fərəc Quliyevin zala daxil olması seçicilərdə yüksək coşqu yaratdı və sürəkli alqışlar səsləndi.

Fərəc Quliyev seçiciləri salamladıqdan sonra, görüşün aparıcısı tədbiri açıq elan etdi və dövlət himni səsləndirildi.

Giriş sözü ilə çıxış edən Prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərov namizədin tərcümeyi halından, onun ictimai siyasi fəaliyyəti və apardığı milli mücadiləsi ilə bağlı bəzi mühüm məqamları seçicilərin diqqətinə çatdırdı və sonda Fərəc Quliyevi tribunaya dəvət etdi.

Prezidentliyə namizəd Fərəc Quliyev çıxışında seçicilərə Seçki Platforması barədə ətraflı məlumat verdi. O, platformanın ümumi prinsipləri ilə yanaşı ayrı ayrılıqda konsepsiyalarında yer almış ən mühüm məsələlər barədə ətraflı çıxış etdi. Fərəc Quliyev seçicilərə iqtisadi, sosial, xarici və daxili siyasəti, dövlət quruculuğu, yerli özünüidarəetmə, hərbi, mədəniyyət və turizm, gənclər və idman, kənd təsərrüfatı, hüquq qanunvericiliyi, diaspor, Türk birliyi, Azərbaycanın bütövlüyü, Ermənistan-Azərbaycan müharibəsi və s. istiqamətlərdə baxışlarını təqdim edib.

Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə bu prinsipləri tam həyata keçirmək niyyətində olduğunu bildirib.

Lakin müxalifətdə olduğu dönəmdə də platformasında təqdim etdiyi prinsiplərin cəmiyyətə faydasının keçməsi üçün davamlı olaraq təkliflər və tələblər şəklində irəli sürdüyünü və onlardan da bir çoxunun həllinə nail olduğunu vurğulayıb.

Platforması barədə danışdıqdan sonra Fərəc Quliyev görüş iştirakçılarının suallarını cavablandırıb və şikayətlərini dinləyib. Edilmiş bütün yazılı və şifahi müraciətlər qeydə alınıb və Fərəc Quliyev bütün hallarda bu müraciətləri diqqətdə saxlayacağını və haqlı şikayətlərin həllinə çalışacağını bildirib.

Tədbir iştirakçılarından bir neçə nəfər də söz alaraq çıxış edib, Fərəc Quliyevin layiqli namizəd olduğunu ifadə ediblər və seçiciləri ona səs verməyə çağırıblar.

Saat 17:00-dək davam edən görüş Fərəc Quliyevin “Biz Gələcəyik” seçki şüarına uyğun olaraq, eyni adlı mahnının səsləndirilməsi ilə başa çatıb.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Həmin görüşlə bağlı görüntüləri və videonu təqdim edirik: