Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Prezidentliyə namizəd Fərəc Quliyev Biləsuvar rayonunda seçicilərlə görüş keçirib (foto)

11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyevin aprelin 1-də Biləsuvar rayonunda seçicilərlə görüşü keçirildi.

Məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirilən görüşdə məcburi köçkünlərlə yanaşı media nümayəndələri də iştirak edirdilər.
Tədbir başlamamışdan əvvəl görüş iştirakçılarına Fərəc Quliyevin kitabça şəklində çap edilmiş seçki platforması paylanıldı.

Saat 14:00-da dövlət himni ilə başlayan tədbirdə seçicilərə namizədin ictimai-siyasi fəaliyyəti və apardığı milli mücadilə barədə məlumatlar verildikdən sonra, öz seçki platforması barədə ətraflı çıxış etmək üçün Fərəc Quliyev tribunaya dəvət edildi.

Fərəc Quliyev çıxışında seçki platformasının əsas prinsipləri, ayrı ayrılıqda təqdim etdiyi konsepsiyalarda yer almış ən mühim məsələlər, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı irəli sürdüyü prinsiplər barədə seçiciləri məlumalatlandırdı. Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı prinsipial mövqeyi barədə də danışan namizədin düşüncə və baxışları seçicilər tərəfindən alqışlarla qarşılandı.
Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə bu prinsipləri tam həyata keçirmək niyyətində olduğunu, lakin bu günə qədər də platformasında yer almış məslələrin həyata keçməsi üçün davamlı olaraq həm millət vəkili kimi Milli Məclisdə, həm də partiya sədri kimi ən müxtəlif formalarda hökumətə təqdim etdiyini, təkliflər şəklində irəli sürdüyünü bildirdi.

Çıxışını bitirdikdən sonra, Fərəc Quliyev məcburi köçkünlərin və rayon sakinlərinin problemlərini dinlədi, verilən sualları cavablandırdı. Fərəc Quliyev seçkinin nəticələrindən asılı olmayaraq edilmiş bütün müraciətləri diqqətdə saxlayacağını və haqlı şikayətlərin həllinə çalışacağını bildirdi.

Tədbirin sonunda Prezidentliyə namizəd seçicilərlə səmimi söhbətlər apardı. Görüş iştirakçıları Fərəc Quliyevə dəstəklərini ifadə etdilər.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Həmin görüşlə bağlı görüntüləri təqdim edirik: