Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Milli Məclisin 24.04.2018-ci il tarixli iclasında çıxış etdi

Fərəc Quliyev Milli Məclisin 24.04.2018-ci il tarixli iclasında çıxış etdi

Milli Məclisin 24.04.2018 –ci il tarixli iclasında MDHP sədri, millət vəkili Fərəc Quliyevin müzakirələrdə etdiyi çıxış:

"Mən hesab edirəm ki, bu məsələ təqdirə layiq məsələdir və 100 illiklə bağlı müəyyən tədbirlər görülməlidir. Mən bir məsələyə toxunmaq istəyirəm. Həmişə bu məsələni qaldırıram. Milli Məclislə bağlı olaraq biz bəzən təvazökarlıq edirik və yaxud da birisi fikir deyəndə süngü ilə qarşılanır. 100 illiklə bağlı Milli Məclisin özünə də bir xatirə medalının müəyyənləşdirilməsi vacibdir. Həmçinin 91-ci ildə Müstəqillik aktı ilə bağlı qəbul edilmiş sənədlər vardır ki, o dönəmlə bağlı da tədbirlərin nəzərdə tutulması yerinə düşər. SSRİ-nin saxlanılmasına etiraz edən 43 nəfər deputat vardır və rəhmətlik Heydər Əliyev də onların arasında idi. Onlarla bağlı müəyyən tədbirin görülməsi məncə vacibdir. Milli Məclis bütün strukturların demək olar ki, ağırlığını çiynində çəkən bir sistemdir, strukturdur. Mən indi başa düşürəm bəzi millət vəkilləri danışandakı filan strukturların hətta şöbə müdirlərinin avtomobilləri var, Milli Məclisin deputatının xidməti avtomobili yoxdur, qəzetlərdə yazırlarki millət vəkilləri maşın istədilər. Deyəndəki maaşlar bəzi strukturun maaşlarından aşağıdır və yaxud da dünyanın müəyyən parlamentləri ilə müqayisədə dəfələrlə aşağıdır deyirlər ki, bunlar başqasını yox özlərini düşünürlər. Bunları qoyduq kənara, amma 100 illikdir, Milli Məclisin də haqqıdır ki, ən azından bir xatirə medalı təsis olunsun. Burda bir üstünlük verilmir və başqa bir imtiyazda yoxdur. 100 il əvvəl müstəqillik qazanılıb, 100 ildən sonra burda oturan adamların bir xatirə medalı ilə təltif olunması yerinə düşər. Cənab prezident bütün çıxışlarında, bütün uğurların kökündə müstəqilliyin dayanmasını və müstəqilliyin qorunmasını ortaya qoyur, haqlı da davranır.
Müstəqillik aktının qəbul olunması o dönəmdə 90-cı illərdə müstəsna hal idi. Bu bir dəfə olan hadisədir. Ona görə mən müəyyən nazirliklə bağlı ki, qərar qəbul etmişik- 100 illiklə bağlı xatirə medalları, ordenlər bunların hamısının tərəfindəyəm və təbii ki, səs verəcəyəm. Amma Milli Məclisin üzvləri bu məsələdə təvazökar davranır, fikir bildirmir. 100 illiklə bağlı Milli Məclisdə də oxşar tədbirlərin görülməsi vacibdir. Həm SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfər haqqında müəyyən tədbirlərin görülməsi , həm də indiki parlament də, o zamanki parlament də daxil olmaqla məncə bir xatirə medalının təltif edilməsi yerinə düşər.
Təşəkkür edirəm."

Həmin çıxışın səs yazısını təqdim edirik: