Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: - Hesabatda oğurlanmış vəsaitlər adlı göstərilsin! -AUDİO - 18 05 2018

Fərəc Quliyev: - Hesabatda oğurlanmış vəsaitlər adlı göstərilsin! -AUDİO  - 18 05 2018
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatına bildirdiyi münasibəti təqdim edirik:

Çox sağ olun, Cənab sədr!
Mən də Azərbaycan Respublikasının Hesablama Palatasının hesabatını müsbət qiymətləndirirəm. Cənab Gülməmmədov çox bacarıqlı bir kadr kimi özünü dəfələrlə təsdiq edibdi. Bu dəfəki hesabatında da özünün və komandısının mükəmməl olduğu görünür . Burda elə detallara toxunubdur ki, açığı o detalların üzə çıxarmağın qeyri-mümkünlüyü təsəvvürü yaranır. Amma çox yaxşı haldır ki, hətta bunları cədvəl şəklində ortaya çıxarıbdı, onların aradan qaldırılması təklifləri hazırlanıbdı. Mən görürəm ki, bütün sahələrlə bağlı heç kimə güzəşt eləmədən Hesablama Palatası çatışmamazlıqları ortaya qoyub. Bu araşdırmalar həm də gələcəkdə kadr siyasəti ilə də bağlı atılacaq addımlara da dəstək və kömək olacaq. Bugün biz parlamentdə və yaxud da ictimai rəydə, mediada məsələlərə tənqidi yanaşanda bunun yalnız xeyri olur. Kadrlar idarəetmədə əsas amillərdən birisidir.
Prezidentin son zamanlar etdiyi kadr dəyişikliklərini göz önünə gətirəndə olduqca karyerası təmiz, bacarıqlı, dürüst, savadlı adamların iş başına gəlməsi bizdə o əminliyi yaradır ki, digər sahələrdə də çox ciddi dəyişikliklər olacaqdır .Bir çox nazirliklərlə bağlı da araşdırmalar onu göstərir ki, Hesablama Palatası orda olan çatışmamazlıqları da çox normal şəkildə üzə çıxarıbdı və onların aradan qaldırılması üçün də müəyyən tədbirlərin görülməsi mümkündür.
Amma büdcədən yayındırılan vəsaitin və yaxud da oğurlanmış vəsaitlərin geri qaytarılması ilə bağlı olaraq müəyyən miqdarda vəsaitlər göstərilsə də, bir çox sahələrdə götürülmüş vəsaitlərin geri qaytarılması ilə bağlı olaraq xüsusi bəndlər yoxdur və vəsaitlər göstərilmir. Mən hesab edirəm ki, bəlkə hər dəfə yeni hesabat təqdim olunanda köhnə dönəmdə təqdim olunmuş hesabatlarda götürülmüş vəsaitlər və geri qaytarılmalı olan vəsaitlər haqqında da müəyyən bir bəndin salınsa daha yaxşı olar. Həm də göstərilən yayınmalar və yaxud da səlahiyyətindən sui-istifadə edib və vəsaitləri fərqli istiqamətlərdə xərcləyənlər, yaxud da israfçılıq edənlər haqqındakı qaldırılan məsələlər müvafiq orqanlara təqdim olunubsa, onlar haqqında görülmüş tədbirlərlər də hər dəfə yeni hesabata daxil olunsa daha yaxşı olar. Çünki görünsün ki, bu Hesablama Palatasının gördüyü işlər havada qalmır. Təbii ki, Milli Məclisin də bu məsələlərdə ciddi şəkildə dəstək verməsinə ehtiyac vadır. Çünki sözlər burda havada qalmazsa, bu məsələlər yerinə yetirilərsə və ictimaiyyət də görülmüş işlər haqqında məlumatlı olarsa,hesabatların daha çox əhəmiyyəti olar. Yeri gəlmişkən bildirim ki, bu məsələlərin geniş şəkildə ictimailəşdirilməsinə də çox ciddi ehtiyac vardır. Hətta hesabatın özündə olan bir çox müddəaların ictimailəşməsinə çox ciddi ehtiyac vardır. Onda həm də bəzi nazirliklər, müəssisələr büdcə təşkilatlarında korrupsiyaya aparan yolların qapanması ilə bağlı olaraq profilkatik tədbir görmək mümkün olar. Ümumiyyətlə götürəndə hesabat çox mükəmməl hazırlanıbdı .Hesab edirəm ki, burada göstərilən məsələlərlə yanaşı, həm də yuxarıda göstərdiyim ,xüsusən büdcəyə qaytarılmalı olan vəsaitlər və israfçılıqla bağlı olan məsələlər də daha geniş şəkildə ,həm də adlı olaraq göstərillməsi daha məqsədə uyğun olardı. Mən bu hesabatın müdafiə olunmasının tərəfindəyəm və Hesablama Palatasına gördüyü bu mükəmməl iş üçün təşəkkür edirəm.
Sağ olun.