Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc QULİYEV: Mən bu hadisələri milli dövlətşiliyə qarşı qəsd kimi dəyərləndirirəm

Fərəc QULİYEV: Mən bu hadisələri milli dövlətşiliyə qarşı qəsd kimi dəyərləndirirəmSon günlər Gəncə şəhərində baş vermiş hadisələr ölkə ictimaiyyətində ciddi narazılıq yaradıb. Dövlət rəsmilərinə qarşı terror aktı, yüksək rütbəli polis zabitlərinin qətlə yetirlməsi insanların hiddətinə səbəb olub. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc QULİYEVLƏ söhbətimiz bu mövzuda oldu. Deputat dedi ki, mən bu hadisləri milli dövlətçiliyə qarşı qəsd hesab edirəm:

– Gəncə haisələri dövlət quruluşuna qarşı sui-qəsdir. Əgər kimsə rayon rəhbərliyindən narazı idisə, idarəetmədə qüsur var idisə, bunu qanun çərçivəsində həll etməli idi. Əgər şəhər icra hakimiyyəti barəsində deyilənlər doğru olsa belə, terrora əl atmaq vəhşilikdir. Bu, milli dövlətçiliyə qarşı terrordur. Belə bir hərəkətın əsl islamaçı tərəfindən törədilməsi inandırıcı deyil. Çünki bütün imanlı insanlar sülh dini olan İslamı olduğu kimi təqdim edirlər. Yalnız İslam dininə qarşı olanlar bu dini gözdən salmağa çalışırlar. Xarici dövlətlərdəki antiazərbaycan qüvvələrin əlində alətə çevrilmiş radikal dini qurumların üzvləri özlərini mömin insan kimi təqdim edərək, din pərdəsi altında min bir oyundan çıxır, dinə ləkə vururlar. Bütün bunların fonunda bir daha qeyd edirəm ki, Gəncə şəhərində baş vermiş hadisə dövləti cinayətdir və bunun İslam dininə heç bir aidiyyəti yoxdur. Bu iğtişaşları törədənlər və onların təşkilatçıları Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələrdir.

Hesab edirəm ki, belə bir dəhşətli hadisə yalnız ictimai qınağa səbəb olmamalı, eyni zamanda, günahkarlar tapılıb ciddi cəzalandırılmalıdır. Bu hadisələri törədənlər qanun qarşısında cavab verməli, ən sərt cəza ilə cəzalandırılmalıdırlar. Təəssüf edirəm ki, bəzi müxalifət nümayəndələri həmişə olduğu kimi, yenə də belə hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar özlərini dövlətçiliyə qarşı müxalif kimi aparırlar. Əslində, biz iqtidara qarşı müxalifətik. Siyasi partiya mənsubiyyətindən asılı olamyaraq, hər bir şəxs Vətənini, xalqını millətini sevməlidir. Dövlətə qarşı müxalifətdə olanlarla terrorçuların heç bir fərqi yoxdur. Sosial şəbəkədə tez-tez görürəm ki, özlərini müxalifət adlandıranlar bu terror aktını törədənlərə dəstək verir, onları az qala qəhrəman hesab edirlər. Belə müxalifət nümayəndələrinin özləri də terrorçudan geri qalmırlar.

Mən təklif edirəm ki, terrorçulara dəstək verənlər, hətta onların mənsub olduqları siyasi partiyalar qanun qarşısında cavab versinlər. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəldilmiş bütün hərəkətlərin qarşısı qanunla alınmalıdır. Mən bu hadisələrə yalnız bir ad verirəm: dövlətə qarşı terror.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”