Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ermənistandan Gürcüstana xəyanət - Diplomatik qalmaqal yaşana bilər - VİDEO

Ermənistandan Gürcüstana xəyanət - Diplomatik qalmaqal yaşana bilər - VİDEO Bütün dünyada sepratçılığın qınanıldığı bir ərəfədə Ermənistan Qafqazda növbəti belə ocaqların yaranmasında maraqlıdır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bu ölkənin qonşu Gürcüstana qarşı növbəti xəyanətindən gedir.


Məlum olduğu kimi, 27 sentyabr Gürcüstanda bu ölkənin tarixinə qara hərflərlə yazılmış Suxuminin işğalı günü kimi qeyd olunur. Bu işğalın 25-ci ildönümü nəinki dost ölkələr, elə beynəlxalq qanunlara hörmət edən bütün dövlətlər tərəfindən də belə qəbul olunur. Ermənistanın isə məsələyə münasibəti tamam fərqlidir. Separatizmi dəstəkləyən və bu yolla ərazilərini böyütməyə çalışan Ermənistanın yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası" Suxuminin işğalını azadlıq hərəkatı kimi qəbul edərək seprataçı rejimə təbrik ünvanlayıb.


Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev deyir ki, bu addım, əslində, Ermənistanın "böyük Ermənistan" xülyasının bir hissəsidir və Çavaxetiya iddiaları üçün zəmin hazırlamaqdan başqa bir şey deyil.




Millət vəkili hesab edir ki, dəfələrlərlə Çavaxetiya təhlükəsi ilə üz-üzə qalan Gürcüstan isə buna laqeyd qalmamalıdır. Çünki Ermənistanın cavabsız qalan hər bir belə cəhdi onları daha da cəsarətləndirir. Odur ki, Gürcüstan Ermənistanla münasibətlərinə yenidən baxmalıdır.


Millət vəkilinin sözlərinə görə, bu fakt bir daha göstərir ki, regionda yaranmış təhlükələrin əsas səbəbkarı, məhz Ermənistandır. Bu dövlətin absurd iddiaları nəinki risk yaradır, regionun inkişafını ləngidən əsas maneədir.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: