Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Bütün ölkə müharibəyə köklənməlidir”

“Bütün ölkə müharibəyə köklənməlidir” Fərəc Quliyev: “Hər kəs əlindən gələni etməli, vətənə, orduya dəstək verməlidir”

“Fiziki imkanları məhdud olan dərzi ordu üçün maşın resorlarından zireh tikirdi...”

Bu günlərdə iki minə yaxın istifadəyə yararsız avtomobil təkərinin vətənpərvər insanların təşəbbüsü və vəsaiti hesabına müdafiə məqsədi ilə orduya – ön xəttə göndərilməsi ilə bağlı informasiya yayılıb.
Xatırladaq ki, sovet dönəmində şagirdlərin, mülki vətəndaşların ordu üçün bu cür kampaniyalara cəlb edilməsi geniş şəkil almışdı. Ordu üçün metal tullantılarının toplanması, könüllülük əsasında oxşar layihələrin həyata keçirilməsi cəmiyyət üçün qürur sayılacaq önəmli məşğuliyyətlərdən birinə çevrilmişdi.

Müharibə şəraitində olduğumuz indiki dönəmdə də bu cür təşəbbüslərin dəstəklənməsinə, vətəndaşların oxşar layihələrdə iştirakının həvəsləndirilməsiə ehtiyac varmı?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bunun zəruri və faydalı olduğunu qeyd etdi:
“Əlbəttə, bu cür addımlar tədirolunacaq addımlardır. Bütün ölkə müharibəyə köklənməlidir. Kimin harda, nəyə gücü çatırsa, əlindən gələni etməli, vətənə, orduya dəstək verməlidir. “Öncə vətən” çağırışını unutmaq olmaz. Bu cür addımlarınatılması ilə bağlı xəbərlər də insanda qürur hissi oyadır. Düşünürsən ki, yaxşı ki, insanlarımız bu cür halları nəzərə alır.

Sizə bir epizod danışım. Bir dəfə döyüş vaxtı Ordubadda radio vasitəsi ilə müraciət elədim. Bu müraciətdən sonra fiziki imkanları məhdud olan bir dərzi mənə yaxınlaşdı. O, dedi ki, mən maşın resorlarından zireh tikməyi bacarıram. Həmin dərzi öz imkanları hesabına əsgərlər ordu üçün zirehlər hazırlamağa başladı.

Türk tarixində bu cür addımlar yatərincədir. Türk tarixində həmişə bütün imkanlar müharibə zamanı səfərbər edilib, xalq orduya hər vasitə ilə kömək edib.

Bu gün biz müharibə şəraitindəyik. Bizim hər birimizin əlindən hansı iş gəlirsə, bunu etməliyik. Bu da vətənə bir köməkdir. Mən belə məsələləri təqdir edir, bu cür iş görən adamlara da təşəkkür edirəm”.

Seymur ƏLİYEV
moderator.az