Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Türkiyə səfirliyində Nəsiman Yaqublunun kitabının təqdimatı keçirildi

Türkiyə səfirliyində Nəsiman Yaqublunun kitabının təqdimatı keçirildi Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda İzləri” kitabı nəşr edilib.
Bu münasibətlə kitabın Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyində böyük təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Böyükelçi Ərkan Özoral, Nəsiman Yaqublu, tədqiqatçı Firdovsiyyə Əhmədova çıxış edib kitabın əhəmiyyətindən danışlblar.

Böyükelçi Ə.Özoral N.Yaqublunun bu sahədəki çalışmalarını yüksək dəyərləndirib. Onun kitablarının böyük əhəmiyyət daşıdığını və bu münasibətlə bu kitaba dəstək verdiklərini söyləyib.

Kitabın təqdimat mərasimində millət vəkillərindən Məlahət İbrahimova, Gövhər Baxşəliyeva. Fərəc Quliyev, tanınmış ziyalılardan Sabir Rüstəmxanlı, Qulu Məhərrəmli, Rəşad Məcid, Əlövsət Ağalarov, Zülfüqar Hüseyinzadə, Atatürk liseyinin müəllimləri. Türkiyənin Bakıdakı iş adamları, Türkiyə Hərbi Ataşeliyinin təmsilçiləri, media mənsubları iştirak ediblər.