Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Bütün türk cümhuriyyəti diasporları bu işdə səfərbər olmalıdır

Bütün türk cümhuriyyəti diasporları bu işdə səfərbər olmalıdır
Fərəc Quliyev: “Onlara bu məsələdə mane olmalıyıq”

Rəsmi İrəvanın və xaricdəki erməni diasporunun son vaxtlar qondarma “erməni soyqırımı”nın tanıdılması istiqamətində aktivliklərini artırması Türkiyədə olduğu kimi, Azərbaycanda da narahatlıqla izlənməkdədir.

Uydurma “soyqırım” iddiasının daha çox dövlət tərəfindən tanınması, erməni yalanının ayaq açıb yeriməsi nəticə etibari ilə Türkiyə və bütün türk dövlətlərinin maraqları baxımından arzuedilməz nəticələrə gətirib çıxarda bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bunun türk dünyası üçün təhlükəli tendensiya olduğunu vurğuladı:

“Təbii ki, bu proses arzuedilməz nəticələrə səbəb ola bilər. Əslində ermənilərin konkret məqsədi var. Ermənilərin məqsədi sadəcə Türkiyənin qınanması və ya özlərinə mənəvi dəstəyi təmin etmək deyil. Məşhur “4 T” düsturu var: tanıtma, tanıma, təzminat və torpaq. Istəyirlər ki, hər kəs bu uydurma “soyqırım”ı tanısın və sonra Türkiyəyə qarşı təzminat davası açsınlar, torpaq iddiasını reallaşdırsınlar. Məqsəd budur. Imkan qədər türk cümhuriyyətlərinin diasporları fəaliyət göstərdikləri ölkələrdə erməni yalanlarının ifşasına töhfə verməli, qondarma soyqırım iddialarının qəbul edilməsinə mane olmalıdırlar”.

Seymur ƏLİYEV