Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzil problemi ilə bağlı iki təklif verdi (audio)

Fərəc Quliyev məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzil problemi ilə bağlı iki təklif verdi (audio)
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin dünən - 07.12.2018 tarixində keçirilən plenar iclasında ikinci dəfə çıxış edərək şəxsi evlərdə və mənzillərdə məskunlaşmış məcburi köçkünlərin çıxarılması ilə bağlı iki təklif irəli sürüb.
Millət vəkili bildirib ki, məcburi köçkünlər üçün tikilən binalara yataqxanalar və bu kimi dövlət mülkiyyətində olan bunalarda məskunlaşmış məcburi köçkünlərdən əvvəl, sakinlərin şəxsi evlərində və mənzillərində məskunlaşmış köçkünlərin yerləşdirilməsi daha məqsədəuyğun olar. O bildirib ki, bu mülkiyyət sahibi olan çoxsaylı vətəndaşların da narazılığının aradan qalxmasına səbəb olar.
Deputat misal olaraq, seçildiyi ərazidə sözügedən məsələ ilə bağlı narazı sakinlərin 2 gün əvvəl etiraz məqsədiylə yolu bağlamaq cəhdini və mənzillərinin boşaldılmasını tələb edən 154 ailənin 54 nümayəndəsi ilə keçirdiyi görüşü misal gətirib və onların narazılıqlarını ifadə edib.
Fərəc Quliyevin məsələ ilə bağlı ikinci təklifi isə ondan ibarət olub ki, məcburi köçkünləri məskunlaşdığı mənzillərdən çıxarmadan, mülkiyyət sahiblərinə dövlət tərəfindən mənzilinin əvəzində kompensasiyanın verilməsi də problemin həlli olar.
O bildirib ki, bu təkliflər sakinlər tərəfindən irəli sürülür.
F.Quliyevin həmin çıxışının səs yazısını təqdim edirik: