Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Ədalətin qılıncı Fransanın boynundadır (video)

Fərəc Quliyev: Ədalətin qılıncı Fransanın boynundadır (video)
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 16.12.2018 tarixində Lider Televiziyasının “Panoram” verilişinin qonağı olub. Fransada son günlər baş verən hadisələr, ümumxalq etirazları və “Sarı jiletlilər” Hərəkatının vüsət alması ilə bağlı aparılan müzakirələrə həsr edilmiş verilişdə partiya sədri hadisələrin əsas səbəblərini şərh edib. Bu səbəblərin dünyanın iqtisadi siyasətinin dəyişilməsi yönümdə atılan addımların Fransada təcrübədən keçirilməsi, bu ölkənin güçlənməsinin təhdid xarakteri alması və prezident Emmanuel Makronun verdiyi vədlərin girovuna çevrilməsi ilə izah edən millət vəkili ümumilikdə isə baş verənləri Fransanın ədalətsiz davranışı, işğalçının və terrorçunun yanında olması ilə bağlayıb. Bu səbəbdən haqqın qılıncının artıq Fransanın boynuna endiyini söyləyən F.Quliyev bildirib ki, bizim “Ədalətli ol” çağırışımızı qəbul etməyən Fransa, bu gün öz xalqının “Ədalətli ol” çağırışını qəbul etmək zorundadır.

F.Quliyevin həmin verilişdəki şərhlərinin videosunu təqdim edirik: