Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev 2019-cu ilin geosiyasi proqnozları barədə danışıb (video)

Fərəc Quliyev 2019-cu ilin geosiyasi proqnozları barədə danışıb (video)
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 06.01.2019 tarixində Lider Televiziyasının “Panoram” verilişinin qonağı olub. Proqramın bu ildə ilk olan həmin yayımı geosiyası proseslərin müzakirəsi və 2019-cu il üçün proqnozlarına həsr edilib. Geosiyasi baxımdan bu ilin olduqca gərgin olacağı barədə əsasları sadalayan partiya sədri dünyada gedən nüfuz savaşında Türkiyənin də ciddi bir fiqur olması səbəbindən proseslərin Azərbaycana təsirsiz ötüşməyəcəyini qeyd edib. Bu baxımdan F.Quliyev bildirib ki, Azərbaycanın qlobal siyasətə uyğun milli maraqlarını qoruması mühüm şərtlərdən biri olacaq. Millət vəkili eyni zamanda regionda baş verən proseslərdə maraqlı güclərin məqsədlərinə aydınlıq gətirib və mübarizə istiqmətlərindən danışıb. O, bildirib ki, dünya siyasətində biz birinci mərhələdə Quzey Azərbaycanda öz dövlət müstəqilliyimizi qoruyub saxlamışıq, ikinci mərhələdə isə Qarabağ problemin həlli məsələsidir ki, bununla bağlı biz özümüzü idarə edənlər sistemində tapmağa məhkumuq.

F.Quliyevin həmin verilişdəki proqnozlarının və açıqlamalarının videosunu təqdim edirik: