Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Milli Dirşəliş Hərəkatı Partiyasının MƏLUMATI

Milli Dirşəliş Hərəkatı Partiyasının MƏLUMATI
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin rəhbərliyi ilə Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə yerləşən "Soyuq" adlı Yaxın Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissənin rus-erməni hərbi birliklərindən təmizləməsi və Azərbaycan ordusunun ixtiyarına verməsi əməliyyatının iştirakçısı, Ermənistan-Azərbaycan müharibəsi veteranı, xüsusi təyinatlı hərbçi Fərəc Cəfərovun bir müddət əvvəl səhətində yaranmış problem onu tanıyan və bu xəbəri eşidən çoxlarında narahatlıq yaradıb. F.Cəfərova dəyər verənlər dəstək məqsədilə onu ziyarət edir, onunla bağlı müvafiq qurumlara müraciətlər edirlər. Sosial şəbəkələrdə bununla bağlı bir müraciətin də Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevə ediləcəyi barədə məlumatlar yayılıb.
Məlumat olaraq bildiririk ki, Fərəc Quliyev F.Cəfərovun komandiri olub və şəxsi münasibətləri bu gün də davam edir. Hələ bu xəbər yayılmamışdan əvvəl, onun səhətində problemin yaranmasından Fərəc Quliyev məlumatlı olub və lazımi tədbirlərin görülməsi üçün müalicə gedişatını nəzarətə götürüb.
F.Cəfərov xəstəxanaya yerləşdiriləndə Fərəc Quliyev Azərbaycanda olmadığı üçün, köməkçisi, partidaşları və ailə üzvləri vasitəsiylə müvafiq köməkliklərin edilməsinə çalışıb və tapşırıqlarını icra etdirib. Bu barədə F.Cəfərov müsahibələrinin birində də məlumat vermişdi və bildirmişdi ki, mənimlə təkçə Fərəc Quliyev maraqlanır. Fərəc Quliyev ölkəyə qayıtdıqdan sonra isə aidiyyatı qurumlar və şəxlərə müraciətlər etmiş, müalicə prosesini şəxsi nəzarətinə götürmüşdür.
Fərəc Quliyev ən son olaraq, bu gün- 29.01.2019 tarixində F.Cəfərovun ziyarətində olmuş, onun həkimi və müalicə aldığı xətəxananın baş həkimi ilə görüşmüş, vəziyyətlə yaxından tanış olmuşdur.
Ona görə də bildiririk ki, F.Cəfərovun müalicəsi ilə bağlı Fərəc Quliyevin tam məlumatlı olmasını nəzərə alıb, sosial şəbəkələrdə və digər formalarda ona müraciət ünvanlamağa ehtiyac yoxdur. F.Cəfərov müalicəsinin bir kursunu bu gün başa vurub evə buraxılır və bir həftə sonra növbəti müalicə kursuna başlayacaq. O zaman Fərəc Quliyev tərəfindən lazımı köməkliklər yenə göstəriləcək.
F.Cəfərova dəyər verənlərə, dəstək məqsədilə istənilən üsulla yaninda olanlara təşəkkür edirik. Qazimizə Allahdan şəfa diləyir, vətənpərvər insanları mənəvi dəstək olmağa səsləyirik.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti