Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)

Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevə Azərbaycan Cümhuriyyətinin və Parlamentinin 100 illiyi ilə bağlı təbrik məktubu ünvanlamış və bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin hazırlatdığı xatirə sikkəsini hədiyyə olaraq göndərmişdir.
Bununla bağlı F.Quliyev B.Yıldırıma və Türkiyə Böyük Millət Məclisinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Sayın Binəli Yıldırım,
Azərbaycan Cümhuriyyətinin və Parlamentinin 100 illiyi ilə bağlı təbrikinizi və bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin hazırlatdığı xatirə sikkəsini hədiyyə etməyinizi böyük məmnuniyyət və qürur hissi ilə qarşıladım. Millət vəkili olaraq Milli Məclisdə Milli Dirçəliş Hərəkatı Partiyasını təmsil etdiyim üçün təbrikinizi və hədiyyənizi partiyamız adından qəbul edirəm. Verdiyiniz yüksək dəyər üçün şəxsim və MDHP üzvləri adından Sizə və Türkiyə Böyük Millət Məclisinə sonsuz təşəkkürlərimizi çatdırıram. Bu bizim üçün ən dəyərli mükafatlardan biri oldu.
Biz Türk Birliyi tərəfdarıyıq, bütün Türk dövlətləri və xalqları arasında olan əlaqələrin genişlənməsi və münasibətlərin qopmaz bağlarla bağlanması bizim başlıca amalımızıdır. O cümlədən doğma Türkiyə ilə Azərbaycanın “Bir Millət İki Dövlət” şüarı altında yürütdüyü qardaşlıq siyasəti bizi hədsiz sevindirir. Biz bu qardaşlığı Türk Birliyinin təməl prinsipi hesab edirik. Bu yolda mücadilə aparan hər kəsə isə sonsuz sayqımızın olduğunu bildiririk.
Azərbaycan Cümhuriyyətinin və Parlamentinin 100 illiyi ilə bağlı Türkiyə Böyük Millət Məclisi tərəfindən bizə ünvanlanan bu dəyərli təbrik və hədiyyə də həmin qardaşlığın bir nümunəsi, qazanılmış tarixi zəfərlərə qardaş sevincinin göstəricisidir.
Bu qardaşlığın əbədiyyən qalması və dövlətlərimiz arasında birliyin daha dərin və daha geniş sferaları əhatə etməsini arzulayırıq.
Biz də öz növbəmizdə Türkiyə Respublikasının daim qüdrətinin artmasını, bütün təzyiqlərə mətanətlə sinə gərməsini diləyir, bu yolda həmişə yanınızda olacağımızı bildirir və Türkiyə Böyük Millət Məclisinə və Sizə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq!

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti


Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)
Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)
Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)
Fərəc Quliyev Binəli Yıldırıma təşəkkür məktubu ünvanlayıb (FOTO)