Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: "Ölkədə müxalif fikir nəzərə alınır" (video)

Fərəc Quliyev: "Ölkədə müxalif fikir nəzərə alınır" (video)
Xəzər Televiziyasının “Xəzər Aktual” verilişinin dünənki - 19.02.2019 tarixli yayımında “Müxalifətçilik missiyası və milli maraqlar” mövzusu ətrafında müzakirələr aparılıb. Müzakirələrə qatılan müxalif Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev müxalifətçilik anlayışı və onun prinsipləri barədə danışaraq, ölkəmizdə mövcüd olan müxalifət partiyaların həmin prinsipləri tətbiqinə yanaşmaları və praktiki mövqelərinin analizlərini verib.

Partiya sədri vurğulayıb ki, xarici güclər tərəfindən yaradılmış təşkilatların Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti müxalifətçilik yox, dövləti cinayətdir və birmənalı şəkildə hüquqi qiymətini almalıdır.

MDHP-nin müxalifətçilik prinsipləri və fəaliyyəti barədə danışan F.Quliyev siyasi təcrübəyə dayanaraq ölkədə inkişaf naminə ortaya qoyulmuş müxalif fikirlərin nəzərə alındığını bildirib.


F.Quliyevin həmin verilişdəki şərhlərinin videosunu təqdim edirik: