Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi

Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev şəxsi və partiyadaşları adından Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

"Əziz həmvətənlər,

Sizi Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm!
Təkcə Novruz bayramı və onun bütöv mifoloji semantikasında olan ardıcıllıqları götürmək bəs edir ki, bəşəriyyətin ən zəngin, köklü və İlahi mədəniyyətinə sahib olduğumuzu deyə bilək. Bu böyük mədəniyyətin daşıyıcısı olmağımızdan dolayı, Novruzun fəlsəfi mahiyyəti üzrə ailəmizdə, cəmiyyətimizdə, həm də dünyamızda ədalətə və firavanlığa sahib olmağı, gələn il bayram tonqallarını Şuşada, Xankəndində qalamağı arzulayıram! Sizi ən xoş arzularımla bir daha bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm!"