Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“İştirakçısı olduğumuz böyük layihələrdə xüsusi müddəa ilə çıxış etməliyik”

“İştirakçısı olduğumuz böyük layihələrdə xüsusi müddəa ilə çıxış etməliyik”
Fərəc Quliyev: “Milli maraqlarımızın daha etibarlı müdafiəsi baxımından buna ehtiyac var”

Azərbyacanın işğal edilmiş torpaqlarında Ermənistan şirkətləri ilə yanaşı, bəzi əcnəbi şirkətlərin də iştirakı, həmçinin müxtəlif şirkətlər tərəfindən təcavüzkar Ermənistana göstərilən yardımlar Azərbaycanda daim ciddi narahatlıqla qarşılanmaqdadır.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Azərbaycanın öndərliyi, başlıca iştirakçılığı ilə imzalanan bütün layihələrdə milli maraqlarımızın daha ciddi müdafiəsini təmin edən xüsusi müddəaların salınmasına ehtiyac olduğunu bildirib:

“Mərkəzində Azərbaycanın dayandığı böyük layihələrlə bağlı danışıqlar olanda, mühüm əhəmiyyətə malik müqavilələr imzalananda Azərbaycan bu müqavilələrə açıq şəkildə konkret bir müddəa salmalıdır. Həmin müddəada qeyd edilməlidir ki, əgər Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizin maraqlarına, beynəlxalq konvensiyalara zidd olan məqamlar olarsa, bu müqavilələr qüvvədən düşmüş heab olunacaq və ona yenidən baxacaq. Belə bir müddəanın bu cür layihələrə daxil edilməsi olduqca vacibdir və bu mili maraqlarımızın daha etibarlı şəkildə müdafiəsini təmin edə bilər. Əgər belə olarsa, bu bizə işğal edilmiş ərazilərimizdə fəaliyyət göstərən, yaxud işğalçı ölkəyə dəstək verənşirkətlərə təzyiq baxımından geniş imkan yaradar. Hesab edirəm ki, digər dövlətlər də məsələyə məhz belə yanaşar, öz maarqlarının müdafiəsi baxımından məhz belə bir addım atardı”.

Seymur ƏLİYEV