Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Tramp aprelin 24-də "erməni soyqırımı" deyəcək?

Tramp aprelin 24-də "erməni soyqırımı" deyəcək?
Qondarma "erməni soyqrımı" haqqında qərar vermək ABŞ Prezidenti Donald Trampdan asılı deyil.

Bunu Milli Məclisin deputatı Fərəc Quliyev Yeniavaz.com-a açıqlamasında deyib.


Xatırladaq ki, Fransa Prezidenti Emanuel Makronun aprelin 24-nü "erməni soyqrımının anım günü" elan edilməsi ilə bağlı fərman imzalayıb. İtaliya parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı hökumətə müraciət edib. Bundan başqa, bir qrup amerikalı senator 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qətnaməni Senata təqdim edib. Son dövrlər ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda D. Trampın aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlədib-işlətməyəcəyi maraqlı gözlənilir.

Millət vəkilinin fikrincə, iki ölkə arasında nə qədər münaqişə yaşansa da, ABŞ-ın Türkiyəni gözardı edə bilməyəcək: “Bu, Trampın özündən asılı deyil. Parlamentdə həm respublikaçılar, həm də demokratlar bu məsələ ilə bağlı ortaq məxrəcə gəlməlidir. Təkliflər olsa da, qəbul ediləcəyini düşünmürəm, çünki Ankara ilə bağlı verilən qərarlar və təzyiqlər Türkiyədən tam imtina etmək deyil".
F. Quliyevin sözlərinə görə, onlar başa düşürlər ki, Türkiyə NATO-nun cənub qalasıdır və əvəzolunmaz bir dövlətdir: "ABŞ hər halda bu təzyiqlərlə Türkiyəni bütün sahələrdə, xüsusən də hərbi əməkdaşlıq sahəsində Rusiyadan uzqlaşdırmaq istəyir. Amma belə bir qərar verəcəklərini düşünmürəm. Bütün hallarda istər Qərbin, istər də ABŞ-ın yalnızca öz mənafelərini güddükləri də göz önündədir. Qərb Türkiyənin Avropa Birliyinə girə bilməməsi üçün də əlindən gələni edir, ABŞ isə Suriyada türk ordusunu tək qoymaqla yanaşı, indi də F-35 böhranını yaradıb. Bütün bunlara baxmayaraq, ABŞ-ın belə ciddi bir məsələdə Türkiyənin əleyhinə bir addım atacağını zənn etmirəm”.

Şahmərdan Əhmədli