Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Ermənistan Rusiyanın əlində maşadır: Dağlıq Qarabağ münaqişəsini..." – Deputatdan İLGİNC AÇIQLAMA

"Ermənistan Rusiyanın əlində maşadır: Dağlıq Qarabağ münaqişəsini..." – Deputatdan İLGİNC AÇIQLAMA
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılacağını deyib. O, tərəflərin aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəyini diqqətə çatdırıb.

Sonxeber.az-a ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılmasına fikir bildirən millət vəkili Fərəc Quliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin çox sadə olduğunu bildirib.

Millət vəkilinin sözlərinə görə, bu, Ermənistan-Azərbaycan müharibəsidir:

"Bunun həlli çox sadədir. Ermənistan tərəfi işğalçı ordularını Azərbaycan ərazilərindən çıxarmalıdır. Azərbaycanın isə, qovulmuş əhalisi geri qaytarılmalıdır. Maraqlıdır, görüşdə qeyd etdiklərim predmet olaraq müzakirə olunacaqmı? Bu, hələ bəlli deyil. Xalq diplomatiyası tərəfləri inandırmaq, əhalinin bir-birinə etimad göstərməsi kimi nağıllar danışacaqsa, o zaman əhəmiyyətsiz müzakirələrdir. Tərəflər daha çox aparıcı dövlətlər olduğunu göstərməyə cəhd edirlər. Rusiya istəyir ki, məsələ öz ərazisində həll olunsun. ABŞ-da təklif edir ki, yaxınlarda növbəti görüş Amerikada baş tutsun. Öz nüfuzları və dünyada rollarının daha böyük olduğunu göstərmək naminə bunu edirslərsə, bunun da heç bir əhəmiyyəti yoxdur. Azərbaycan ərazilərinin işğaldan azad olunmasına və həlli yolları ilə bağlı müzakirələr aparılacaqsa, müəyyən dərəcədə ciddiyə alınacaq. Bu da danışıqların əhəmiyyət verəcəyinə güman etmək olar. Ermənistan tərəfinə təzyiqlər olsun və məcbur edilsin ki, təcavüzə son qoysun".

F.Quliyev qeyd edib ki, danışıqlar aparmaq vaxtı uzatmaqdan başqa, bir əhəmiyyət kəsb etmir:

"Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb. Ermənistan Rusiyanın əlində maşadır. Qarabağ işğal olunduqdan sonra, Ermənistanı ora bağlayan da Rusiya olub. İplər də Rusiyanın əlindədir. İstədiyi vaxt Ermənistanı çəkib apara bilər".

Gülnarə Eynullaqızı