Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Parlamentdə xalq diplomatiyasını sərt tənqid etdi və buna qarşı çağırış etdi (audio)

Fərəc Quliyev Parlamentdə xalq diplomatiyasını sərt tənqid etdi və buna qarşı çağırış etdi (audio)

“Dişli siyasət yürüdülməli, nəhayət ki ordudan istfadə olunmalıdır”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün – 23.04.2019 tarixində keçirilən plenar iclasında çıxış edərək Ermənistan-Azərbaycan Müharibəsi ilə bağlı xalq diplomatiyası siyasətinin yürüdülməsinin Azərbaycan tərəfindən birmanalı şəkildə qəbuledilməz olduğunu vurğulayıb və buna qarşı çıxmağa çağırış edib. Millət vəkili bildirib ki, bu cür davranış müharibə ilə bağlı hazırkı status-kvonun uzadılmasına xidmət edəcək. Ona görə də partuya sədri ermənilərlə sərt dildə danışmağın vacibliyini və hətda, işğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın gələcəkdə repartasiyası zamanı yerlərdə özünü müdafiə adı altında dəstələrin yaradılması ilə belə məsələnin həllinin mümkünlüyünü vurğulayıb. O bildirib ki, xalq diplomatiyası psixoloji cəhətdən də əhaliyə pis təsir edəcək, ona görə də yüksək hərbi vətənpərvərlik ruhu altında Azərbaycanın dişli siyasət yürütməlidir və ordudan istifadə etməlidir, əks halda ermənilər heç bir güzəştə getməyəcək.
Bundan əlavə MDHP sədri bir daha müharibə ilə bağlı iqtidarla müxalifət arasında memorandumun imzalanması ilə bağlı təklifini gündəmə gətirib.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Təşəkkür edirəm, cənab sədr.
Mən təbii ki, bu dəyişikliyə səs verəcəm və bizdə komitədə bu məsələ müzakirə olunubdu. Eyni oxşar məsələ hərbi vəzifə və hərbi xidmət haqqında dəyişiklikdə də qoyulubdu. Mən bir başqa məsələyə toxunmaq istəyirəm .Hərbiçilərimizin təqaüdə göndəriləndə , onlara bu güzəştlərin olunması ölkədə aparılan siyasətin nəticəsidir və preident şəhid ailələrinə, veteranlara, qazilərimizə, bütün hərbiçilərimizə, çox ciddi şəkildə diqqət göstərir və bu hər gün artır. Biz də təbii ki, çox sevə-sevə belə məsələlərdə hərbiçilərimizə dəstək verməliyik. Onlar bizim dayağımızdır, güvən yerimizdir. Amma hərbiçilərimiz yaşlaşır və 25 ildir onları təqaüdə göndərməklə məşğuluq ,on minlərlə belə hərbiçilərimizi yola salmışıq. Döyüşlərdə olmuş çox bacarıqlı zabit heyyətlərimiz, gizirlərimiz artıq əvvəlki imkanlarını, fiziki imkanlarını təbii ki, saxlamırlar və hesab edirəm ki, bizim problemlərmizin bitmədiyi dönəmdə biraz düşünməyimiz lazımdır. Biz 25 il əvvəl aldığımız texnika belə artıq köhnəlməyə başlayıb. Doğrudur biz indi hər gün yeni-yeni müasir texnikalar alırıq, dünyanın ən güclü dövlətlərindən ən yaxşı silahlarımızı alırıq və buna həsəd aparırlar az qala. Köhnə silahlarımız modernləşdirilir .Amma hər halda əvvəldən aldıqlarımız da vardır. Biz son 15 ildə hərbi məsələlərimizə 35 milyarda qədər vəsait xərcləmişik. Mən bunu nə üçün deyirəm?
Xüsusən 2016-cı ilin aprel savaşından sonra Ermənistanla Azərbaycan masa arxasında artıq fərqli formada oturdular. Azərbaycan tərəfi artıq diktə edən tərəf kimi oturdu, dünya bizimlə hesablaşdı, başa düşdü ki, bizim bütün imkanlarımız vardı. Çox məntiqsiz və həm də çox ədalətsiz şəkildə Azərbaycanın özünün konstitusiyasına, bütün beynəlxalq konvensiyalara uyğun olaraq aparmaq istədiyi və ölkəsinin işğal olunmuş ərazilərini azad etmək üçün tədbirlərin qarşısını aldılar. Amma hər halda bizim o gücümüzdən sonra diplomatik sahədə də çox ciddi şəkildə uğurlarımız oldu, psixoloji üstünlük də bizim tərəfimizə keçdi. Mən hesab edirəm ki, bu son danışıqlarda razılaşdırılmış,xüsusən bu xalq diplomatiyası adı altında əgər gediş-gəlişlər olacaqdırsa bunlar uğursuz bir yanaşmadır və bizim psixoloji cəhətdən üstünlüyümüzə kölgə salan məsələlərdir. Bir vaxtlar ermənilər bu cür davranışlar eləmişdilər. Biz onlardan yenə də üstün vəziyyətdə olduğumuz dövrdə madrid prinsiplərində əsas üç məsələni ortaya gətirə bilmişdilər. Onlar Ermənistan parlamentində bir müzakirə eləmişdilər, iqtidarlı müxalifətli, üç prinsiplə bağlı müqavilə imzalamışdılar. Çox təəssüf ki, 21 ildir mən deyirəm, bizdə Azərbaycan iqtidarı ilə müxalifəti arasında Qarabağ ilə bağlı memarondum imzalanmadı. Amma onlar belə bir müqavilə bağladılar.Üç prinsipi nədən ibarətdir. Birinci Xankəndi bir başa Bakıya tabe olmasın, ikinci Qarabağa Ermənistandan dəhliz olsun və üçüncü onun müdafiəsi, qarantiyası təmin olunsun. Bu müddəaları Madrid prinsiplərinə də daxil elədilər. Amma biz onlarla danışıqlar aparandan, yumşaq mövqe tutandan sonra, telekörpülər, jurnalistlərin gedib gəlməsi, ziyalaıların gedib gəlməsi mərhələsindən sonra ermənilər artıq tamamilə fərqli şəkildə ikiqat artıq tələblərlə çıxış etməyə başladılar. Bu gün artıq işğal etdikləri ətraf ərazilərdə belə iddiaları başqa cürdür. Bugün Araz boyu yaşayış məntəqələri salırlar. Kəlbəcərdə məktəb tikirlər. Bütün mədənlərimizi istismar eləməklə məşğuldurlar. Bizim jurnalistlər gedib orda nəyi görəcək? Onu görəcəkdir ki, Ermənistan cəmiyyəti heç bir qarış da torpaq qaytarmağın tərəfində deyil. Onu görəcəklər ki, gəlib Dağlıq Qarabağın ətrafında belə ermənilər məskunlaşmağa başlayıbdır. Onu görəcəklər ki, artıq orda yüz minlik hətta Sumqayıtdan guya o vaxtlar köçüb getmiş ermənilərlə bağlı olaraq şəhər salmaq istəyirlər. Bizim jurnalistlər bunu görəcək. Onların jurnalisti gəlib burda nə görəcək?
Gəlib görəcək ki, bir dənə də olsun vətənlə bağlı plakatımız yoxdur şəhərdə, heç bir yerdə müharibə əhval-ruhiyyəsi hiss olunmur, hamı da bunları mehriban qarşılayacaqsa, deyəcəklər bu insanlar razılaşırlar sülhə. Biz indiki status-kvonu saxlaya bilərik. Mən hesab edirəm ki, Ermənistana çox sərt üz göstərmək lazımdır, çox sərt davranmaq lazımdır və ermənilərlə bu cür yumşaq şəkildə davranmaq bizə xeyir eləməz. Xorvatlar cəmi 250 min adam idilər qovulanda, qovulmayan ərazidə əlli-altmış min qalmışdılar. 310 min adamla onlar üç ilə məsələsini həll elədilər. Cəmi 60 minlik ordu yaratdılar. Bizim 1 milyon 200 min vətəndaşımız qovulubdu. Biz təkcə onların içərisindən belə on minlik, iyirmi minlik gələcəkdə repartasiya olunacaq, geri qayıdacaq əhalinin yerlərdə özünü müdafiə dəstələri adı altında belə yerlərdəi əməliyyatlar keçirməklə məsələni həll edə bilərik. Mən hesab edirəm, Ermənistanla çox sərt şəkildə danışmaq lazımdır. Bu xalq diplomatiyası adı altında danışmaq həddən artıq zərərli məsələlərdir və bu məsələlər Azərbaycanda psixoloji cəhətdən əhalinin əhval ruhiyyəsinə pis təsir edən məsələdir. Biz ordumuzdan nəhayət ki ,istifadə eləməliyik. Bizim hərbiçilərimiz təkcə vəzifəsini icra eləməklə bağlı yox ,həm də vətənpərvərliklə o əhval ruhiyyədədiki hər an düşməni əzməyə hazır qüvvələrdilər. Biz görüşürük, istəyir kəşfiyyat xidmətində olanlarda, istəyir Daxili İşlər Nazirliyində ,Daxili Qoşunlarda, hərbi hissələrdə əhval –ruhiyyə budur. Bizim dişli siyasəti Ermənistan görməyincə, inandırıram sizi, onlar heç bir məsələdə güzəştə getmiyəcək. Daha da məsələləri, vəziyyəti qəlizləşdirəcəklər, vaxtı uzatmağa çalışacaqlar. Mən hesab edirəm ki, hərbiçilərimizə bundan sonra bütün köməklikləri eləməklə bərabər həm də ciddi şəkildə səfərbər olmaq lazımdır. Bəlkə mən bir az gündəlikdə olan məsələdən kənara çıxdım Oqtay müəllim, mən başa düşürəm sizdə səbrlə qulaq asırsınız ,amma məni də hər kəs başa düşər və hesab edirəm ki, bu çağırışlarımda nəzərə alınar. Mən hesab edirəm ki, çox ən sərt şəkildə cəmiyyətimiz yalnız və yalnız savaşa hazırlamalıyıq. Müharibə istəmirlərsə ermənilər zəhmət çəkib bizim ərazilərimizi tərk eləməlidirlər. Cənab prezidentin sözü ilə fikrimi qurtarmaq istəyirəm. O deyir ki, əgər bir erməni əsgəri Azərbaycanda ölmək istəmirsə,ərazimizi tərk etsin, burda neyləyirki o burda ölür. Gəlməsin və ölməsin. Erməni əsgərinə Aərbaycan torpağı üzərində yer yoxdur, yalnız altında yer vardır. Çıxmayacaqsa savaş lazımdır. Biz bunu təbliğ eləməsək ermənilərlə bu diplomatik məsələlərdə də bizim ciddi uğursuzluqlarımız başlıyacaq.
Təşəkkür edirəm"