Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Limit ləğv olunsun, enerji daşıyıcıları ucuz qiymətə verilsin – Unikal TƏKLİF

Limit ləğv olunsun, enerji daşıyıcıları ucuz qiymətə verilsin – Unikal TƏKLİF
"İlk dəfə olaraq qaz, elektrik enerjisinin qiymətləri qalxanda büdcə müzakirələrində limitlərin ləğv olunması haqqında məsələ qaldırmışdım"

Bunu Sonxeber.az-a millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, parlamentdə büdcə müzakirəsindən öncə komitələrdə birgə iclaslar olub:

"Mən həmin iclaslarda ilk dəfə olaraq, bu limitlərin ləğv olunması haqqında məsələ qaldırdım. Bir müddət sonra limitlərdə müəyyən qədər dəyişiklik oldu. Ancaq indi deputatlar tərəfindən ya limitlərin artırılması, ya da ləğv olunması ilə bağlı məsələ qaldırılıb. Limitlərin artırılmasını ilə bağlı təşəbbüs ondan ibarətdir ki, bəzi müəssisələr, imkanlı iş adamları qazın limitini həddən artıq istifadə edirlər. Qazın limitinin artırılması da bu kimi insanlara aiddir, ancaq sadə vətəndaşlara heç bir aidiyyatı yoxdur".

Fərəc Quliyev qeyd edib ki, limitin indikindən iki dəfə artırılması nəzərdə tutulur:

"İkinci təklif isə, ümumiyyətlə limitin ləğv olunmasıdır. Mən limitin ləğv olunmasının tərəfdarıyam. Enerji daşıyıcıları vətəndaşlara ucuz qiymətə verilməlidir.Ölkəmizin kifayət qədər enerji istehsal edən sahələri var. Hətta prezident də çıxışı zamanı xaricə enerji satdığımızı vurğuladı. Aztəminatlı ailələrin vəziyyəti nəzərə alınıb limit ləğv olunmalıdır. Hesab edirəm ki, İlham Əliyev bu istiqamətdə addımlar atacaq".

Gülnarə Eynullaqızı