Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın dvidentlərindən danışıb (video)

Fərəc Quliyev “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın dvidentlərindən danışıb (video)
Fərəc Quliyev Avropa İttifaqi ilə Azərbaycan arasında imzalanacaq sazişin ictimai müzakirəyə çıxarılması ilə bağlı təkliflərə sədrlik etdiyi partiyanın mövqeyini açıqlayıb


Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişinin 17.05.2019 tarixli yayımında Prezidentin Burussel səfəri müzakirə olunub.
Müzakirəyə dəvət olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın yerinin və rolunun mahiyyətini izah edərək, ölkəmizin artıq Avropa üçün ciddi tərəfdaş olduğunu vurğulayıb və bildirib ki, burada tərəflərin iqtisadi maraqlarının təmin olunmasından əlavə, əldə olunan siyasi dividentin də böyük əhəmiyyəti vardır. Millət vəkili, prezidentin sözügedən səfərində bütün tribunalarda və görüşlərdə siyasi maraqları gündəmdə saxladığını həmin dvidentin göstəricisi kimi qiymətləndirib.
O, Avropa İttifaqi ilə Azərbaycan arasında imzalanacaq sazişin ictimai müzakirəyə çıxarılması ilə bağlı təkliflərə də sədri olduğu partiyanın mövqeyini təqdim edib.

F.Quliyevin həmin verilişdəki şərhərinin və açıqlamalarının videosunu təqdim edirik: