Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Parlamentdə MDB ilə bağlı sazişə kəskin etiraz etdi (audio)

Fərəc Quliyev Parlamentdə MDB ilə bağlı sazişə kəskin etiraz etdi (audio)
Milli Məclisin bu gün- 30.05.2019 tarixində keçirilən plenar iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək, sazişə etirazını bildirib.
Millət vəkili fikirlərini bir neçə arqumetlə əsasandırıb ki, saziş həm Azərbaycanın Qoşulmama Hərəkatına sadiqliyi prinsipini pozur, həm Dağlq Qarabağ probleminin Rusiya tərəfindən yaradılması ortadadı, həm də Rusiya ilə Ermənistan ortaq ordu yaradıb. O, bu cür məsələlərdə Qərb dövlətləri ilə əməkdaşlıq və NATO standartlarına üstünlük verməyin daha doğru olduğunu bildirib və Azərbaycanın da Moldova, Ukrayna və Gürcüstan kimi bu sazişdən imtina etməli olduğunu vurğulayıb.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli Oqtay müəllim,hörmətli həmkarlar!
Bu sazişdə göründüyü kimi Gürcüstan hökuməti, Moldova və Ukranya imza qoymayıbdı və mən hesab edirəm ki, doğru da edib imza qoymayıblar. Çünki Rusiya tərəfindən bu ölkələrin əraziləri işğal olunub. Həm Krımın, həm Gürcüstan ərazilərinin işğalı, Denestriyanı probleminin yaradılması təbii ki, buna ciddi şəkildə təsir edibdir. Azərbaycanda Dağlıq Qarabağ probleminin Rusiya tərəfindən yaradıldığı ortadadı, bunu heç kim dana bilməz və üstəlik də ən azından Rusiya və ərazilərimizi işğaledən Ermənistanla ortaq ordu yaradıb. Bizim - Azərbaycanın prinsiplərindən biri qoşulmama hərəkatına sadiq qalmaqdı. Bu sazişin onuncu maddəsində göstərilir ki, bu saziş qoşulma haqqında sənədləri depozatariya təqdim etməklə onun müddəalarını bölüşən digər dövlət üçün də qoşulmaya açıqdır. Yəni bu qoşulma halıdır faktiki olaraq. Biz birinci bu prinsipi pozuruq, ikinci bir tərəfdən bizim mütəxəssislərin hazırlanması üçün Türkiyə ilə də, sazişimiz vardır, digər NATO dövlətləri ilə də sazişlərimiz vardır. Ordumuzun özünün də modernləşməsi daha çox qərb dövlətləri ilə - NATO prinsipləri ilə həyata keçirilir. Mən hesab edirəm ki, biz MDB ilə tədricən yaxınlaşmadan çox uzaqlaşma siyasəti yürütməliyik.Nə qədər ki, Rusiyanın Ermənistanla məlum münasibəti ortadadı, bir ortaq ordu yaradırlar və s. Ermənistanın da iştirak etdiyi belə blokda - MDB-də tədricən aralanmaya, tədricən qırılmaya daha çox meyil etməliyik, nəinki belə məsələlərə imza qoymağa. Mən hesab edirəm ki, bizim də mövqeyimiz Moldova, Ukranya və Gürcüstan kimi olmalıdır.
Təşəkkür edirəm"