Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Partizan hərakatı üçün məsuliyyəti üzərimizə götürməyə hazırıq” (audio)

Fərəc Quliyev: “Partizan hərakatı üçün məsuliyyəti üzərimizə götürməyə hazırıq” (audio)
“Büdcənin sərbəst qalığı ilə “Yurda qayıdış” dəstələri hazirlyaraq partizan hərəkatı başlamaq lazımdır”

Milli Məclisin bu gün- 31.05.2019 tarixində keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək, bir çox iradlarının olduğunu bildirib. O, nəzərdə tutulmuş neftdən asılı olmayan büdcə siyasətinə zidd statistikanın olmasını, dövlət borcunun idarə edilməsində hesabtlılığın və şəffaflığın artırılması məqəsdiylə monitorinqin olmaması nəticəsində avanturist layihələrlə büdcəyə vurulan zərələrin olmasını, birdəfəlik xərclər anlayışının xərclər üzrə ünvanlı təqdim olunmamasını, hesabtlıq və şəffaflığın artırılması üçün dövlət proqramlarının açıqlanmış şəkildə hesbata daxil olmaması hallarını tənqid edib və bunların nəzərə alınmalı olduğunu bildirib.
Partiya sədri çıxışında büdcənin sərbəst qalığının müharibənin həlli istiqamətində işlərə yönəltməyi təklif edərək, bu vəsait hesabına “Yurda qayıdış” dəstələri hazirlyaraq partizan hərəkatı başlamağı təklif edibMDHP sədri çıxışının sonunda bəyan edib ki, “Partizan hərakatı üçün məsuliyyəti üzərimizə götürməyə hazırıq”.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli sədr, hörmətli millət vəkilləri mən Dövlət büdcəsinin icrası ilə bağlı olaraq məsələlərə münasibət bildirəndə təbii ki, onu qeyd edim ki, əvvəlki illərə nisbətən xeyli dərəcədə fərqli yanaşma olubdu və bu yanaşmalar bizi qane edir ,amma mənim bir çox iradlarım var. Onları da bildirim və hesab edirəm ki, növbəti ildə bu məsələlər də nəzərə alınar.

-Birinci, 2017-ci ildən fərqli olaraq 2018-ci ildə Dövlət Neft Fondunun transferinin əhəmiyyətli dərəcədə artırılması ilə əlaqədar olaraq dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkilər, qeyri-neft sahələrindən daxilolmalar üzrə azalmış, neft sahələrindən daxil olmaq üzrə isə artmışdır. Bu isə nəzərdə tutulan neftdən asılı olmayan büdcə siyasətinə ziddir. Buna görə yeni axtarışlar vacibdir və hesab edirəm prezident tərəfindən son təyinatlar və yeni komandanın formalaşması bunu göstərir ki, belə bir istəyi həyata keçirmək və neftdən asılı olmayan büdcə siyasətini həyata keçirmək mümkün olar və bu istiqamətdə çalışmalar vacibdir.

-İkinci, dövlət borcunun idarəedilməsində hesabatlığın və şəffaflığın artırılması, yenidən borclanma riskinin azaldılması məqsədi ilə borcdan istifadə edən subyektin fəaliyyətinin şəffaflığı təyin olunmalı və borcun istifadə istiqamətləri göstərilməlidir. Dövrü olaraq dəyişən faiz dərəcəli borc yükü üzrə monitorinqlərin aparılması da zəruridir. Çünki belə bir monitorinqlər olmayanda bu borc siyasəti ilə bağlı olaraq avaturist layihələr ortaya çıxır və avanturist layihələrdən istifadə eləməklə də Azərbaycan dövlət büdcəsinə nə qədər zərər vurulması da ortadadı. Sonra dövlət həmin borcları, bu avanturistlərin dağıtdığı vəsaitləri qaytarmaq məcburiyyətində qalır.

-Üçüncü, birdəfəlik təyinatlı xərclər anlayışının xərclər üzrə ünvanlı təqdimi olmalıdır. Yəni xərclərin ümumi anlayışlarla təqdimatı şəffaflıq və hesabata kölgə saldığı üçün bu ünvanlı şəkildə göstərilməsi büdcədə vacibdir.

-Dördüncü, hesabatlılıq və şəffaflığın artırılması üçün həm də dövlət büdcəsi vəsaitinin nəticəliliyinin qiymətləndirilməsi baxımından dövlət proqramlarının icrası barədə məlumatların adlı və açıqlanmış şəkildə dövlət büdcəsinin icrası ilə bağlı hesabata daxil edilməsi zəruridir. Bu yanaşma indiki sənəddə mövcud deyil amma bu da vacibdir çünki bəzi dövlət proqramları yüksək səviyyədə həyata keçirilir amma bəzilərində isə məsuliyyətsizlik olur, bütövlükdə isə bu proqramların həyata keçirilməsi haqqında fərqli bir düşüncə yaranır ki, proqramlar normal həyata keçirilmir. Ona görə bu yanaşma mütləq nəzərə alınmalıdır.
Mən bir məsələyə xüsusi olaraq toxunmaq istəyirəm ki, açığı hökumətin fəaliyyət göstərdiyi bütün bu sahələrlə bağlı tənqidi fikirlər də, təqdir edən məsələlər də danışmaq mümkündür, amma biz sanki belə yaşayırıq ki,sanki İsveçrə tipli bir ölkədə yaşayırıq və bizim işğal olunmuş ərazi problemimiz də yoxdur. Hökumət nə qədər fəaliyyət göstərsə də Dağlıq Qarabağla bağlı , işğal olunmuş ərazilərlə bağlı fərqli yanaşma ortada olmadan təbii ki, cəmiyyət tərəfindən təqdir olunmuyacaqdı.
Mən bir məsələyə toxunum ki, 2019-cu ilin Yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 000 manat olub, profisit. Yəni bu vəsaiti fərqli bir yerə yönəltmək mümkün idi. İndi mən deyəcəyim bəlkədə burda bəzilərinə qəribə gələcək amma belə örnəklər də vardır. Məsələn, mən hesab edirəm ki, bu vəsaitin hesabına işğal olunmuş ərazilərdən qovulmuş əhalimizin içərisindən seçmə, ərazini yaxşı bilən döyüşçülər hesabına Yurda Qayıdış dəstələri hazırlamaq və onların imkanları ilə qısa zaman ərzində iç əməliyyatlar ilə düşməni ərazilərimizdən çıxarmaq mümkündü. Bunun üçün bu vəsaitdən istifadə eləmək olar. Məsələn, üstəlik də Mənzil Kommunal Təsərrüfatı üçün 451 000 000 vəsait ayrılıbdı. Bu lazımsız bir vəsaitdi, bunu da, bu vəsaiti də deyək ki, bu istiqamətə yönəltmək mümkün idi. Bunun üçün büdcədə bir örtülü ödənək deyilən bölmə yaratmaq mümkündür. Və həmin örtülü ödənəkdən bu vəsaiti dediyim istiqamətdə xərcləməklə ermənilərin işğalı ilə bağlı olaraq ciddi şəkildə bu məsələdə dönüş eləmək mümkündür. Biz nə qədər bu məsələyə dözəcəyik? Mətbuatda baxıram ki, işğal olunmuş Kəlbəcər ərazisində Heyvalı kəndində ermənilər artıq yeni bir zavod tikibdilər. Mən buna qədər Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam ki, mədənlərimiz istismar olunur, infrastruktur yaradılır onları vurmaq lazımdır, sıradan çıxarmaq lazımdır .Amma biz susduqca bu məsələlərlə bağlı işlər görmədikcə bu ermənilər təbii ki, bizi aşağılayan bu hərəkətlərini davam edəcəkdilər. Doğrudur, ordumuz var və biz ordumuzla qürur duyuruq. Hətta ordudan istifadə etməməklə belə mən yenə deyirəm bu vəsait ilə bu işləri görmək mümkündür. Türkiyə örnəyi var ortada. Türkiyənin də ordusu var amma köy özünümüdafiə dəstələri yaradaraq Türkiyədə PKK-ya qarşı çox ciddi şəkildə mübarizə aparmaq imkanları oldu, etdilər. Biz də bu prinsipdən istifadə etməliyik. Yəni büdcəyə bir vəsait qaytarıldısa onu mütləq bir yer tapıb xərcləmək yox, bu istiqamətlə işlər görmək lazımdır. Belə məsələlərdə məsuliyyətdən çəkinmək lazım deyil. Biz də baxmayaraq ki, müxalifətdəyik, bu məsələlərdə məsuliyyəti üzərimizə götürməyə hazırıq.
Təşəkkür edirəm"