Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin Ramazan bayramı münasibətiylə təbriki

Fərəc Quliyevin Ramazan bayramı münasibətiylə təbriki
Fərəc Quliyev Ramazan bayramı münasibətiylə dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir:

“Əziz soydaşlar!
Sizi şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından İslamın bu mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Tanrıdan tutulan oruclarınızın, qılınan namazlarınızın və edilən dualarınızın qəbul olunmasını diləyir, ailənizə xoşbəxtlik, süfrənizə bol ruzi-bərəkət arzulayıram.
Uca yaradan xalqımıza firavanlıq, Vətənimizə bütövlük, dövlətimizə qüdrətli olmağı nəsib etsin, bu yolda apardığımız mübarizədə bizə yar və yardımçı olsun! Amin!”


Sayqılarla, Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri"