Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevlə Azərbaycan ordusunun müzakirəsi (video)

Fərəc Quliyevlə Azərbaycan ordusunun müzakirəsi (video)
“1918-ci ildə yaranan ordumuzun həmin tarixlərdən bugünə qədərki şücaətləri millətin genetik kodları və xalq olaraq ortaya qoyulan fədakarlığın nəticəsidir”

Lider Televiziyasının “Mövqe” verilişinin dünənki – 26.06.2019 tarixli yayımı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi münasibətilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyevlə ordumuzun tarixi və bugünün müzakirəsinə həsr edilib.
Sovet imperiyası dağılandan sonra yenidən formalaşan Azərbaycan ordusunun quruculuq prosesində xidmətləri olmuş F.Quliyev 1918-ci ildə yaranan ordumuzun həmin tarixlərdən bugünə qədərki şücaətilərindən danışaraq, bunu ilk əvvəl millətin genetik kodları ilə bağlı olduğunu, daha sonra isə xalq olaraq ortaya qoyulan fədakarlığın nəticəsi olaraq qiymətləndirib.
Deputat ordu quruculuğu ilə bağlı dövlətin hazırda yürütdüyü siyasət barədə də açıqlamalar verərək, onun istiqamətləri barədə danışıb.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik: