Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Azay Quliyevi yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməyi münasibəti ilə təbrik edib

Fərəc Quliyev Azay Quliyevi yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməyi münasibəti ilə təbrik edib
Azay Quliyev yenidən ATƏT PA-nın 2022- ci ilə kimi vitse-prezidenti seçilib. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deputat həmkarını təbrik edib. Təbrikdə bildirilir:
“Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik ssesiyasının yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı keçirilən səsvermədə yekdilliklə yenidən ATƏT PA-nın 2022- ci ilə kimi vitse-prezidenti seçilməyiniz bizi bir daha sevindirdi və qürurlandırdı. Bu münasibətlə Sizi şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm. Beynəlaxalq tribunalarda daim Azərbaycanın mənafeyini ləyaqətlə qoruyan bir parlamentari kimi Sizin bütün uğurlar Azərbaycanın uğuru olduğu üçün, biz bu münasibətlə Azərbaycan xalqını da təbrik edirik.
Yenidən etimad qazanaraq, seçildiyiniz bu mühim vəzifədə bütün xalqların haqqlarının qorunması uğrunda və ədalətsizliyə qarşı mübarizədə üzərinizə düşən məsuliyyətin bundan sonra da layiqincə öhdəsindən gələ biləcəyinizə inamımızı ifadə edir, Sizə fəaliyyətinzə böyük uğurlar arzulayırıq!”