Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Cümhuriyyət parkı”nın yaradılması ideyasını dəstəkləyirəm, çünki...”

“Cümhuriyyət parkı”nın yaradılması ideyasını dəstəkləyirəm, çünki...”
Fərəc Quliyev: “Həmin parkda həm ADR rəhbərliyi, həm də soyqırımla bağlı abidə ucaldılmalıdır”


Son vaxtlar “Cümhuriyyət parkı”nın yaradılması ilə bağlı təkliflər səslənməkdədir.

Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən millət vəkili Fərəc Quliyev, bu təklifin illər uzunudur ki, səsləndirildiyini qeyd etməklə yanaşı, bunu reallaşdırmağın zəruri olduğunu da vurğuladı:

“Bu, son günlərin təklifi deyil. Bu təklif dəfələrlə qaldırılıb. Mən özüm 10 il öncə parlamentdə dəfələrlə bu məsələni qaldırmışam. Hətta bunun üçün məkan da göstərmişəm. Qeyd etmişəm ki, keçmiş “26-lar bağı”nın yerində “Cümhuriyyət parkı” yaradılsın. Orada 1918-1920-ci illərdə mövcud olmuş ADR rəhbərliyinə kompleks abidə qoyulsun. Parkın başqa bir bölgəsində isə soyqırımlıa bağlı abidə ucaldılsın. Şəhərə gələn qonaqlar bu abidəni ziyarət etsinlər. Indi bu məsələlər yenidən qaldırılır. Cümhuriyyət tariximizi gənclərimizə təbliğ etmək baxımından da bu, müsbət bir addım olar. Əgər bu təklif ictimai rəydə özünə geniş yer tutarsa, çox güman ki, bu təklifin reallaşması da gerçəkləşər”.

Seymur ƏLİYEV