Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Onlar Azərbaycana qarşı törədilən hərbi-ekoloji cinayətlərə göz yummamalıdır”

“Onlar Azərbaycana qarşı törədilən hərbi-ekoloji cinayətlərə göz yummamalıdır”
Fərəc Quliyev: “ABŞ təcavüzkarla bağlı öz sözünü deməlidir”


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer baş nazirin müavini Əli Əhmədovla görüşündə Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, bununla bağlı ölkəmizə minnətdarlığını bildirib.
ABŞ səfirinin bu açıqlaması erməni təcavüzündən əziyyət çəkən Azərbaycanın bütövlükdə beynəlxalq sülhün, beynəlxalq sabitliyin təmin edilməsindəki xidmətlərinə verilən qiymət hesab edilə bilərmi?


Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı mühüm məsələdir. ABŞ kimi böyük bir dövlətin Azərbaycanın beynəlxalq sülhə verdiyi xidməti bu cür yüksək qiymətləndirməsi təsadüfi deyil. Çünki Azərbaycan ardıcıl olaraq bu cür tədbrlərdə iştirak edib. Bir vaxt nüvə komponentlərinin aparılmasını da Azərbaycan əngəlləmiş və geri qaytarmış, ABŞ bunu xüsusi qeyd etmişdi. İsrail vətəndaşlarına qarşı törədilməsi planlaşdırılan terror aktının da qarşısını Azərbaycan dövləti aldı. Azərbaycan tərəfinin narkotik maddələrin transferinin qarşısının alınmasında da mühüm xidmətləri mövcuddur. Amma məsələ bundadır ki, ABŞ Təhlükəsizlik Şurasının üzvü kimi bizim mövqeyimizi, xidmətlərimizi nəzərə alıb, təcavüzkar dövlət olan Ermənistanla bağlı öz sözünü deməlidir. Torpaqlaırmızın işğalına göz yummamalı, açıq çağırışlar etməlidir. Deməlidir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işağl edilib və orada narkotik plantasiyaları salınıb. Deməlidir ki, “Metsamor” AES-in qalıqlarını Azərbaycanda basdırırlar. Deməlidir ki, ermənilər Azərbaycan torpaqlarında məskunlaşma aparır, terror düşərgələri salır. ABŞ bütün bu məsələləri qaldırmalıdır.
Mən Avropa Şurasının rəhbərliyi bura gələndə bunu ona da irad tutdum. Dedim ki, sizin ölkəniz bu cür durumla üzləşsə, buna nə qədər davam gətirər, nə qədər dözərsiniz?
Mən ABŞ səfirinin dediklərini təqdir edirəm, lakin istəyirəm ki, o, ABŞ dövlətinin rəsmi nümayəndəsi olaraq yuxarıda qeyd etdiyim məsələlərə də açıq münasibətini bildirsin”.

Seymur ƏLİYEV