Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Ermənilər Tələt Paşanı təhqir etdilər

Ermənilər Tələt Paşanı təhqir etdilər
Fərəc Quliyev: “Ən sərt tədbirlər görülməlidir”

Ermənistanın Şirak rayonunda türk generalı Tələt Paşanı qətl edən Soqomon Teyliryanın heykəli qoyulub. Heykəlin ayağının altında əfsanəvi türk paşasının kəsilmiş başı təsvir olunub. Ermənilərin növbəti riyakarlığına qarşı qardaş ölkə və Azərbaycan cəmiyyətindən sərt təpkilər var. Türkiyə iqtidarına yönəlik məsələyə rəsmi münasibət bildirilməsi üçün tələblər səslənir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında ermənilərə qarşı ən sərt tədbirlər görülməsinin vacibliyini vurğuladı:
“Ermənilər hər məqamda çalışırlar ki, türk dünyasına zərbə vursunlar - istər mənəvi, istər iqtisadi, istər torpaq məsələsi ilə bağlı. Belə epizodları birdəfəlik aradan qaldırmaq üçün onları məğlubiyyət aktına qol çəkməyə məcbur etmək lazımdır. Əlimizdə kifayət qədər ciddi fürsətlər var. Onlar Azərbaycan torpaqlarını işğal ediblər. Türkiyə-Azərbaycan birgə qüvvələrindən ibarət ortaq bir ordu yaratmaqla hərbi əməliyyatlara başlamalıdır. Biz Ermənistanı yerində otuzdurmadıqca, türk torpaqlarında qurduqları dövlətə son vermədikcə belə məsələlər baş verəcək. Bu dövlət heç vaxt olmayıb. Bütün bölgə, türk dünyası, dünya üçün təhdid mənbəyi olan və Rusiyanın əlindəki bir elementdir. Buna qarşı ölçü götürmədikcə hər dəfə belə ürəkbulandırıcı hadisələr olacaqdır. Bəyanat verilməsini, yaxud heykəlin belə götürülməsini müvəqqəti hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, Ermənistan yerini görməyincə, ona yerini zorla göstərmədikcə, bu məsələlər daim gözləniləndir. Türkiyə artıq sanksiyalar tətbiq etməli, bu tərbiyəsizliyə son vermək üçün çağırışlar etməlidir. Sonra da Azərbaycanla birlikdə işğal altındakı torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır. Əks halda, başqa bir yol yoxdur. Gündə bunlar bir hadisə edəcəklər, Paşinyan bəyanatlar verəcək, bir gün gerblərində Türkiyə ərazisini göstərəcəklər. Ən sərt tədbirlər görülməlidir. Bunları etməsək, onlar bizə ən ağır zərbələri bütün istiqamətlər üzrə vurmağa çalışacaqlar”.


Məlumat üçün bildirək ki, Mehmet Tələt Paşa 17 avqust 1874-cü ildə Ədirnədə anadan olub. Hərbi Liseydə təhsil alıb. Ədirnə Poçt və Teleqraf İdarəsində yazıçı vəzifəsində çalışıb. Gənc Türk hərəkatına qoşulub. 1895-ci ildə həbs olunub. 1903-cü ildə Selanik Teleqraf İdarəsinin katibi təyin edilib. 1908-ci ildə Məclis üzvü seçilib. Daha sonra daxili işlər naziri təyin edilib. Birinci Dünya müharibəsi Osmanlı İmperiyası və onun müttəfiqləri baxımından məğlubiyyətlə bitdikdən sonra dövrün komandirləri qurban edilməmək üçün ölkəni tərk etməyə başlayıblar. T.Paşa 1918-ci ilin oktyabrında istefa verib. Noyabrın 1-də Ənvər, Camal və Bahəddin Şakir Paşa ilə birlikdə İstanbulu tərk edib. Tələt Paşa yaşamaq üçün Berlini seçib və burada sadə bir həyata başlayıb. Əlbəttə ki, o, düşmənlərdən gizlənmək üçün burada başqa bir ad və pasportla yaşayıb. Həmin vaxt ermənilər mənfur planlarını qurmaqda idilər. Birinci Dünya müharibəsi dövründə ermənilərin köçürülməsi zamanı ölən ermənilərin intiqamlarını almaq düşüncəsi ilə osmanlı liderlərinə sui-qəsdlər etməyə qərar vermişdilər. 15 mart 1921-ci ildə Berlinə göndərilən killer Solomon Teyliryan sui-qəsdi gerçəkləşdirib.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”