Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Milli Dirçəliş Hərəkatı Partiyasından AÇIQLAMA

Milli Dirçəliş Hərəkatı Partiyasından AÇIQLAMA
Son vaxtlar dövlətimizin zəiflədilməsində maraqlı olan xarici güclərin fəallaşması milli demokratik qüvvələrin üzərinə düşən məsuliyyyəti artırmış olur. Hesab edirik ki, bütün dönəmlərdə olduğu kimi bu gün də xalq olaraq siyasi baxışlarından asılı olmayaraq milli maraqlar naminə birləşmə yeganə çıxış yoludur. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq biz ölkənin ümumi maraqları naminə bütün milli demokratik qüvvələrlə əməkdaşlığı məqbul saymışıq.
Lakin, özlərini milli demokratik düşərgə kimi təqdim edərək, seçkilərdə fəal iştirak etməklə hakimiyyətə gəlməyə maraqlı olmayan, ancaq hakimiyyətə gəlməyin tək yolu olaraq inqilab və ixtişaşları görən qüvvələr ölkənin nə milli, nə də demoqratik maraqlarına xidmət etmir. Əksinə bu cür davranış yuxarıda qeyd etdiyimiz xarici güclərin dövlətimizin zəiflədilməsi ilə bağlı maraqlarına uyğun gəlir.
Ona görə də MDHP həm partiya olaraq, həm də üzvlərinin fərdi olaraq ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla əmakdaşlığını yalnız təşkilatın ali orqanlarında aparılan müzakirələr əsasında partiya adından verilmiş qərararla tənzimləyir. Partiyanın fəaliyyəti ilə bağlı məlumatlar, o cümlədən verilmiş qərarlarla bağlı isə ictimaiyyət dərhal məlumatlandırılır. Partiyanın qərarı olmadan və prinsiplərimizə zidd fəaliyyət göstərən təşkilatlara qoşulan və ya hər hansı bir formada əməkdaşlıq edən üzvlərimizlə bağlı isə nizamnamə çərçivəsində ölçü götürülür.
Son vaxtlar ictimaiətdə müzakirə obyektinə cevrilmiş təşkilatlardan biri də bir müddət əvvəl yaranmış və yaranan kimi də bir neçə hissəyə parçalanmış Azərbaycan Xalq Hərəkatı adlı qurumun inqilabi çağırışlarıdır. Bu yanaşma bizim baxışlarımıza tamamilə ziddir. Ona görə də bu qurum(lar)la MDHP-nin hər hansı bir əməkdaşlığının mümkünsüzlüyünü bildiririk və üzvlərimizi bu təşkilatın sıralarına qoşulmamağa çağırırıq.
Onu da bildiririk ki, partiya qərarı olmadan AXH sıralarında yer alan MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi Cavanşır Rzazadə barədə tədbir görülərək onun partiyadakı vəzifəsinə xitam verilmiş və partiya üzvlüyü ilə bağlı məsələ isə Nəzarət- Təftiş Komissiyasına həvalə edilmişdir. MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi görəvi müvəqqəti olaraq Elşən Manafova tapşırılmışdır.
Biz MDHP olaraq bir daha bəyan edirik ki, istənilən bölücü, parçalayıçı, qiyamçı və təxribatçı mövqenin və çağırışların xalqımıza və dövlətimizə nə qədər zərəli olduğunun fərqindəyik və mövqeyimizə zidd çağırışlar edən təşkilatlarla hər hansı bir formada əməkdaşlığımlız yoxdur. MDHP üzvlərinin nəzərinə çatdırırıq ki, bu dönəmdə yerli rayon təşkilatlarının avtonom hüquqları bir müddət məhdudlaşdırılacaq və ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla əmakdaşlığı yalnız təşkilatın ali orqanlarında aparılan müzakirələr əsasında partiya adından verilmiş qərararla nəzərllərinə çatdıracaq və ya MDHP sədrinin yazılı sərəncamları ilə tapşırıqlar veriləcəkdir.

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti