Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Mühacir bazarının "bazarkomu" kimdir?

Mühacir bazarının "bazarkomu" kimdir?
AXCP sədri Əli Kərimli egidası altında keçirmək istədiyi "Milli Şura"nın mitinqlərinin bir sıra maraqlarla yanaşı, "mühacir biznesi"nə də xidmət etdiyi kimsəyə sirr deyil. Şəxsi mənfəətlərini artırmaqdan ötrü xarici ölkələrə köç etmək istəyənlərin arzularını, artıq 25 ildir ki, reallaşdıracağını vəd edən Ə.Kərimli o satqınlar qarşısında bir şərt qoyub - həm mitinqə gəl, şəkil çəkdir, polislə mübahisə et, təxribatçı hallara rəvac ver və... o zaman "Şengen viza"sı cibindədir!

İlk nəzərə çarpan amil budur ki, uzağı, 1000-1200 nəfərin yığışdığı və aksiyanın keçirildiyi məkanın dolmadığı bir yerdə istər Ə.Kərimlinin, istərsə də yan-yörəsindəki adamların hakimiyyətə qarşı etdikləri çıxışları arxasında dayanan əsas məsələ mühacir biznesində daha çox sifarişçi əldə edib, onlardan maddi gəlirlər əldə etməkdir. Yəni "Milli Şura"nın mitinqləri siyasi deyil, bazar məqsədi güdür. Ə.Kərimli isə bu bazarın bazarkomu rolunda çıxış edir.

Fərəc Quliyev: "Milli Şura"nın mitinqləri məqsədli şəkildə keçirilir"

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki,
əslində, "mühacir biznesi" vasitəsilə maddi gəlir əldə edən dağıdıcı müxalifət partiyalarının sədrləri, bir çox hallarda insanları aldatmaqla da məşğuldurlar. Daha doğrusu, ortada dələduzluq faktları da var. "Bir insan mitinqə gəlib şəkil çəkdirməklə, xaricə gedə bilməz" deyə qeyd edən MDHP sədri, sözlərinə əlavə olaraq deyib ki, ora (hər hansı Qərb ölkəsinə-red.) gedənləri kamplarda yerləşdirəndə, hansı təşkilata üzv olmaları barədə arayışlar və ya onların biletləri istənilir: "İndiyə qədər dəfələrlə mətbuatda göstərilib ki, konkret hansı partiya sədrləri nə qədər pulun müqabilində saxta üzvlük vəsiqələri düzəldir, saxta arayışlar verirlər... Hansı işlərlə məşğul olduqları da göz önündədir. Mitinqlər də məqsədli şəkildə keçirilir. Orada bir

müddət iştirak edib, sonradan ölkəni tərk edib, xaricdə ölkəmiz əleyhinə fəaliyyət göstərənlər var. Onlar milli maraqlarını, dövlətini yaxşı bir həyata dəyişməkdə maraqlıdırlar. Ona görə də, ölkənin imicinə xaricdən zərbə vuranlar qədər, onların gedişinə şərait yaradanlar ikiqat günahkardır. O şəraiti də partiya sədrləri saxta arayışlar verməklə yaradırlar. Bunu artıq sistem halına salıblar. Onları ifşa etmək mümkündürsə, buna laqeyd yanaşmaq doğru deyil. Belə şəxslər mütləq cəzalandırılmalıdır. Hətta xaricə gedib, özlərini erməni kimi təqdim etməkdən çəkinməyənlər də var. Belə faktlar da var. "Hansısa bir ölkə bizi qınayar" kimi məsələ ortaya qoymaq lazım deyil. Prinsipial mövqe nümayiş etdirmək lazımdır".

Nəticə olaraq, belə qənaətə gəlmək olar ki, bu gün AXCP sədri Ə.Kərimli "Milli Şura"nın adı altında maddi maraqlarını- sözügedən biznesini inkişaf etdirirsə, bu faktın özü, hüquqi olaraq, qiymətləndirilməldir. Əks halda, bu "bazarın bazarkomu" öz biznes şəbəkəsini daha da genişləndirib, daha böyük cinayətlərə əl ata bilər. Xüsusilə, seçkilər ərəfəsində "mühacir bazarının bazarkomu" Ə.Kərimlinin iştahasını vaxtında kəsməklə yanaşı, belə şeytanlara qarşı siyasi mövqeyindən və baxışından asılı olmayaraq, hər kəs daş atmalıdır.

Rəfiqə HÜSEYNOVA