Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Torpaqlarımız ya qaytarılmalıdır, ya da qaytarılmalıdır! (video)

Fərəc Quliyev: Torpaqlarımız ya qaytarılmalıdır, ya da qaytarılmalıdır! (video)
Partiya sədri televiziya vasitəsilə xalqa çağırış etdi

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən- 04.11.2019 tarixində Azərbaycan Televiziyasının “Əsas Məsələ” verilişində Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma-terrorist rejimin nümayəndələrinin ABŞ-a səfəri və Konqresdə çıxış etmələri ilə bağlı aparılan müzakirəyə qatılıb. Partiya sədri, Ermənistan-Azərbaycan müharibəsinin sülh yolu ilə həlli missiyasını üzərinə götürmüş həmsədr ölkənin bu cür davranışının hansı qərəzlərdən yaranması barədə şərhlər verib. O bildirib ki, son proseslərin gedişatını izlədikdə “Ortadoğu Projesi”ni əvəzləyən Yeni Dünya Düzəni siyasətində Türk etnosuna qarşı bir səlib yürüşü müşahidə edirik ki, müzakirə edilən hadisə də həmin ssenarrinin bir elementidir. F.Quliyev qeyd edib ki, bizdən asılı olmayan səbəblərdən baş verən proseslərin qarşısını almaq üçün Türk Birliyinin gücləndirilməsi ən real yoldur.
Həmsədr ölkələrin iqtisadi maraqlar güddüyünü və problemin həlli istiqamətində heç bir addım atmadığının ortada olduğunu da qeyd edən millət vəkili sərt mövqenin ortaya qoyulmasının yeganə çıxış yolu olduğunu bildirib və bu istiqamətdə xalqa çağırışlar edib.

F.Quliyevin həmin verilişdəki açıqlamalarının və şərhlərinin videosunu təqdim edirik: