Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevlə Milli Dirçəliş Günü ilə bağlı müzakirə (video)

Fərəc Quliyevlə Milli Dirçəliş Günü ilə bağlı müzakirə (video)
Deputat 17 noyabr və 18 oktyabr tarixlərinin qeyri-iş günü olması təklif edir

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən- 15.11.2019 tarixində Lider Televiziyasında “Vətənim Azərbaycan” verilişinin qonağı olub. Verilişdə Milli Azadlıq Hərəkatının liderlərindən biri kimi F.Quliyevlə qarşıdan gələn “17 Noyabr – Milli Dirçəliş Günü”-nün müzkirəsi aparılıb. Mövzü ətrafında aparıcının suallarını cavablandıran partiya sədri həmin günün tarixi, mahiyyəti, əhatə dairəsi və məlum nəticələri barədə şərhlər verib və maraqlı məqamlar barədə danışıb. Deputat, Milli Dirçəliş Günü kimi 17 noyabr və Müstəqillik Günü kimi 18 oktyabr tarixlərinin bayram olaraq qeyri-iş günü kimi yenidən bərpa olunması və Xalq Hərəkatında xidmətləri olanlarla, hərəkata təasdüfən düşmüş və ya məqsədli şəkildə salınmış adamların ayrılaraq açıq şəkildə cəmiyyətə təqdim olunmasını təklif edib.

F.Quliyevin həmin verilişdəki şərhlərinin, açıqlamalarının və təkliflərinin videosunu təqdim edirik: