Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr

Fərəc Quliyevin 2015-2019-cu illər Parlament çıxışlarından hissələr
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

3-cü hissə



Dövləti, ordunu və milləti aşağılamağa görə məsuliyyət və cəza qanunu təklifi: (15.04.2016)


Milli maraqlardan üst yoxdur. Təklif edirəm ki, Milli maraqlara zərbə vuran, Milləti, Dövləti, onun qurumlarını-ordunu həqarət edən aşağılayan hərəkətlərə görə qanunvericilikdə dəyişiklik edilərək və ya yeni qanun qəbul edilərək məsuliyyət, ən sərt cəzalar nəzərdə tutulsun. Türkiyədə Türk Cəza qanununun 301-ci maddəsində Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, Dövlətin qurum və orqanlarını aşağılamağa görə məsuliyyət və cəza nəzərdə tutulur. Biz də eyni mahiyyətdə qanun qəbul edə bilərik.

Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin: (15.04.2016)

Həmişə təklif etdiyim bir məsələni yenidən diqqqətinizə çatdırmaq istəyirəm. Çox yaxşı olar ki, Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin. Bu iclasda Müdafiə nazirliyi və xarici işlər nazirliyi iştirak etsin bütün məsələlər-xüsusilə danışıqlardakı vəziyyət və təkliflərin çərçivəsi haqda məlumat versin. İclas qapalı keçirilə də bilər və cəmiyyəti narahat edən məqamlar ictimaiyyətə çatdırılardı. Bu çox vacibdir.

BMT və bütün beynəlxalq təsisatlara Milli Məclis bu konteksdə müraciət etməli: (29.04.2016)

Mən təklif edirəm ki, bütün bizim həm parlamentlərarası dostluq qrupları, həm parlamentin özü, BMT də, bütün beynəlxalq təsisatlar da bu son məsələ ilə bağlı münasibət bildirməlidir ki, ermənilərin qoyduqları bu məsələlərə BMT-nin 4 qətnaməsində açıq-aydın münasibət vardır. Çünki, insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqedilməsi ilə bağlı BMT-nin dörd qətnaməsində açıq şəkildə göstərilib. Bununla bağlı Ermənistana ünvanlı bəyanat var. Bəyanatda Ermənistanın ünvanına göstərilib ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərini tərk eləməlidir. Azərbaycan da bunu təklif edir. Üçüncü şərtləri isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı aqressiyanın artmayacağına zəmanət istəməsidi. Qarabağın istər aran, istəyir də dağlıq ərazisində yaşayan erməni əsilli azərbaycanlılardan bir neçə dəfə çox azərbaycanlılar Azərbaycanın digər ərazilərinə qovulmuşdur və Azərbaycan hökuməti onları bağrına basıb saxlayır. Dəfələrlə də bəyan edibdir ki, Ermənistan işğalçı qüvvəsi ordan çıxandan və Azərbaycan Konstitusiyasının qüvvəsi orda bərpa olunandan sonra Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların bütün hüquqlarını da təmin eləməyə hazırdır.

Qarabağdakı erməni əsilli azərbaycanlılara çağırış- Azərbaycan hakimiyyətinə kütləvi imza ilə müracət etsinlər: (20.05.2016)

Azərbaycan həmişə bəyan edib ki,bütün vətəndaşlarına olduğu kimi erməni əsilli azərbaycanlılara da qayğı göstərməyə ,sahib çıxmağa hazırdır. Qarabağdakı erməni əsilli azərbaycanlılar Ermənistan Azərbaycanın bu bölgəsini işğal etdikdən sonra girov vəziyyətindədirlər və işğalçıların diqtə etdiklərini icra etmək məcburiyyətindədirlər,bir qismi isə oradakı vəziyyətdən dolayı Azərbaycanı-Qarabağı tərk edib. Son vaxtlar Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılar xoşbət və sakit həyatı yalniz öz ölkələrində--Azərbaycanın tərkibində olmasını mətbuatda, muəyyən kütləvi toplantılarda ifadə edirlər . Bu baxımdan Parlament Qarabağda yaşayan erməni əsilli azərbaycanlılara amnistiya tətbiqi ilə bağlı çağırıç edə bilər. Əlbəttə Xocalı soyqırımı kimi hadisələrdə iştirak edən,ağır cinayətlər törədənlərdən söhbət getmir.Bu insanlar Azərbaycan hakimiyyət orqanlarına kütləvi imza ilə müracət etsinlər,kənara gedən və ya təşkilata malik olanlar təçkilatları vasitəsilə müracət etsinlər.Qorxmasınlar. Azərbaycan həmişə bəyan etdiyi kimi humanist addımını atmağa ,amnistiya elan etməyə hazırdır .Belə bir mövqe parlament tərəfindən sərgilənməlidir.

Neft Fondu rus rublu halında valyuta ehtiyatı saxlamasın: (31.05.2016)

Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Son illər rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxarıb. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməlidir.