Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qaraçuxurda Fərəc Quliyevin seçicilərlə daha bir görüşü keçirildi (foto)

Qaraçuxurda Fərəc Quliyevin seçicilərlə daha bir görüşü keçirildi (foto)
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputatlığa namizəd Fərəc Quliyevin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində seçicilərlə daha bir görüşü keçirildi. Yusif Eyvazov küçəsində keçirilən görüşdə qəsəbənin “Şərq” və “Şimal” yaşayış sahəsinin sakinləri iştirak edirdilər.
Əvvəlcə qəsəbə sakini Mustafa Ocaqverdiyev F.Quliyevin deputat olduğu müddətdə sakinlər adından ona ünvanladığı çoxsaylı müraciətlər və həmin müraciətlərdə qaldırılmış qəsəbənin problemlərinə F.Quliyevin diqqətlə yanaşaraq, hər biri ilə bağlı ayrılıqda məşğul olması və əldə olunan nəticələr barədə danışdı. M.Ocaqverdiyev bu barədə onda olan rəsmi sənədlər və məktublarla sakinlərin tanış olduğunu və keçmiş fəaliyyətinə görə sakinlər adından ona təşəkkürlərini çatdırdı. O, bu seçkilərdə də seçicilərin F.Quliyevi dəstəkləyəcəklərini və onun qələbəsinə inandıqlarını bildirdi.
F.Quliyev isə təşəkkürə gərək olmadığını, sadalanan məsələlərin həllini öz borcu bildiyini vurğulayaraq, qeyd etdi ki, qəsəbənin bütün problemlərini tam mahiyyəti ilə bilir və elə ciddi problemlər var ki, heç sakinlərin müraciətləri olmadan belə həmin məslələrin həlli istiqamətində əlindən gələni edib.
Səmimi söhbətlərdə sakinlərlə ən müxtəlif istiqamətlərdə Azərbaycanın yürütdüyü dövlət siyasətinə F.Quliyevin verdiyi təkliflər və irəli sürdüyü konsepsiyalardan danışıldı, verilən suallar cavablandırıldı.
Danışan sakinlərdən hər biri F.Quliyevin bütün fəaliyyətini dəstəklədiklərini, onu yenidən Parlamentdə görmək istədiklərini və bunun üçün ona səs verəcəklərini bildirdilər.

Qaraçuxurda Fərəc Quliyevin seçicilərlə daha bir görüşü keçirildi (foto)


Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat xidməti