Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi

Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi

Aİ Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko,
Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan,
Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi
Nümayəndəliyinin sədri Mariya Kalyurand cənablarına.


10 iyun 2020-ci ildə Belçikanın paytaxtı Brüsseldə Siz hörmətli Ali nümayəndələr-Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaydınız. Bu bəyanat Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli və mühüm sənəddir.
Hörmətli ali nümayəndələr, Avropa Parlamentində Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyiniz bu bəyanat Sizə müraciət etməyimə səbəb oldu. Bəyanatınızda
“bu addım, (Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ) Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.
Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir “ ifadəsi Sizin Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibə aparması və ərazilərimizin işğal etməsini tam mənasında bildiyinizə dəlalət edir. Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır” deməsi, bundan xeyli öncə Ermənistanın keçmiş prezidenti Sarkisyanın Ermənistan gəncliyinə xitabən dediyi: “Biz Qarabağı tutduq, Siz də Ağrını (Türkiyə ərazisini) alın” sözləri Qarabağ münaqişəsinin əsl adının - Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı olduğunu ortaya qoydu. Bunlar Ermənistan rəhbərlikləri səviyyəsində etiraflardır.
Beləliklə bəzi vasitəçilər tərəfindən danışıqlarda Dağlıq Qarabağın erməni əsilli azərbaycanlı icması ilə danışmağı tövsiyə etməsinin yalnış olduğu ortaya çıxır. Çünki
Ermənistan Azərbaycan ərazilərini işğal etməklə burda yaşayan erməni əsilli azərbaycanlıları da işğal altına salıb. Almaniya da ikinci Dünya savaşında işğal etdiyi ərazilərdə tabe etdirilmiş yerli əhalidən idarəetmə orqanları yaradırdı. Bu analogiya göstərir ki, orada Ermənistan tərəfindən quraşdırılmış seperatçı rejim danışıqlarda tərəf ola bilməz. Ermənistanın bu rəsmi etirafından və sizin bəyanatınızdan sonra güman edirəm ki, Avropa İttifaqının (Aİ) yeni səylərində bir çox redaktələr olacaqdır. Artıq Cənubi Qafqazda sabitlik məqsədilə Ermənistana təsir mexanizmi və məcburi icra yolu müəyyən etməyin vaxtıdır. Aİ-nin 2008-ci il Rusiya – Gürcüstan müharibəsi timsalında müəyyən təcrübəsi vardır. Amma etiraf olunmalıdır ki, Aİ Gürcüstanı, sonralar Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləsə də, Azərbaycana
gəldikdə daha nüanslı mövqe tuturdu. Bu hal Aİ-na olan etimadı zəiflədirdi. Sizin bəyanatdakı ədalətli mövqeyiniz yalnız bölgədə ədalətli status-kvonun bərpasına,sabitlik, inkişaf və əməkdaşlığa xidmət deyil ,həm də Azərbaycanda Aİ-na azalan etimadın artmasına ,bu qurumun mövqelərinin möhkəmlənməsinə də vəsilədir. Doğrudur, Avropa Parlamenti (AP) Dağlıq Qarabağ problemi ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrdə mövqeyini müəyyənləşdirmiş və həmin sənədlərdə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılmasını tələb etmişdir. Lakin bu tələblərin həyata keçməsi üçün ciddi səy göstərilməlidir.
Mövcud status-kvo Azərbaycan torpaqlarının işğalının davamına xidmət edir. Dağlıq Qarabağ münaqişəsi kontekstində beynəlxalq ictimaiyyət “qanuniləşdirilmiş işğal”
vəziyyəti ilə üzləşib. Minsk qurupu həmsədrləri isə beynəlxalq hüquqa riayət olunmasının vacibliyinə istinad etmirlər. Belə halda Aİ beynəlxalq ictimaiyyət tərəfindən
tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu bəyan etməli,bu beynəlxalq normanı pozduğuna görə Ermənistanın hüquqi məsuliyyətini müəyyən etməlidir. Əks təqdirdə bu halın mənfi pressedent yarada biləcəyi nəzərə alınmalıdır. Əslində mənfi nəticə özünü çox gözlətməyib və Ermənistanın keçmiş prezidenti S. Sarkisyanın Ermənistan gəncliyinə: “ Biz Qarabağı tutduq, Siz də Ağrını alın” deyə, Türkiyəyə qarşı ərazi işğalına çağırış etməsi nümunədir. Ermənistanın beynəlxalq qanunlara və ictimaiyyətə belə saymaz və hörmətsiz davranışı hüquqi qiymətini almalı,ədalətli status-kvonun bərpası üçün məcburi icra yolu müəyyən edilməlidir. Avropa Parlamentinin indiyə qədər qəbul olunmuş qətnamələrində göstərilir ki, dondurulmuş münaqişələr iqtisadi və sosial inkişafa maneədir və Cənubi Qafqazın yaşayış standartları,eləcə də Avropa Qonşuluq Siyasətinin Şərq tərəfdaşlığının tam inkişafını mürəkkəbləşdirir.Münaqişələrin həll edilməsi Aİ qonşuluğunda sabitlik üçün zəruridir. Fikir ayrılıqlarını aradan qaldıracaq, dialoqu sürətləndirəcək və regional əməkdaşlıq və inkişaf imkanlarını artıracaq ümumi maraq sahələrini müəyyənləşdirmək üçün yeni işlər görülməlidir. Sizin bəyanatda da ” Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik.” İfadəsi yer alıb.Amma Azərbaycanın torpaqları işğal altında qaldıqca ermənilərlə etimad quruculuğu və
əməkdaşlıq tədbirlərinə gedəcəyi mümkündürmü? Əlbəttə yox. Deməli, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz və eləcə də Şərqi Avropa məkanında
təhlükəsizlik baxımından ən mühüm məsələlərdəndir. Silahlanma yarışı, TürkiyəErmənistan münasibətlərinin inkişafının əngəllənməsi, Cənubi Qafqazdan keçən enerji
dəhlizi üçün potensial təhlükə bu münaqişə ilə bağlıdır. Münaqişə nəinki region ölkələrini, o cümlədən Aİ və Qərbin maraqlarını təhdid edir. Deməli, Aİ-nin yeni səyləri
zəruridir. Aİ –nın müxtəlif tədbir və qəbul etdiyi sənədlərində, Aİ-nin texniki yardım proqramları vasitəsi ilə Cənubi Qafqazda sabitlik, əməkdaşlıq, inkişaf və uğurlu
idarəetməyə kömək göstərmək niyyəti qeyd olunur.Bunun üçün Aİ Cənubi Qafqaz dövlətləri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığını artıq bəyanatlarla deyil,əməldə də nümayiş etdirməlidir. Cənubi Qafqazda Aİ strategiyasına tələbatla bağlı qətnamədə Cənubi Qafqazdakı vəziyyətə
adekvat davranışın olmaması etiraf olunur. Bu sənəddə göstərilir ki, Cənubi Qafqaz regionunda vəziyyət Aİ-nin bu regiondakı işində artan fəal siyasətinin olmasına çağırır.
Onsuz da uzunmüddətli perspektivdə sülh sazişinin icrası kontekstində xüsusi beynəlxalq qurumun təsis edilməsi vacib olacaq. Aİ-nin bu qurumda təmsil olunması
və ya Aİ-nin bu missiyanı üzərinə götürməsi lazımdır. Bunun üçün indidən Aİ Minsk qrupunu əvəz etməli və səylərini artırmalıdır. Minsk qrupu isə əsas roldan, yardımçıməşvərətçi rola keçirilə bilər. Hörmətli ali nümayəndələr, ümid edirəm ki, Cənubi Qafqaz regionuna,Azərbaycanın 20% ərazilərinin Ermənistan tərəfindən işğalı ilə yaranmış ədalətsiz bölgə status-kvosuna göstərdiyiniz diqqət ardıcıl, əməli tədbirlərlə müşayət ounacaq. Sizə Brüsseldə 10 iyun 2020-ci ildə verdiyiniz ədalətli bəyanata görə bir daha təşəkkür edir,fəaliyyətinizdə uğurlar arzulayıram.

Siqnator deputat,
Milli Dircəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev.