Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:İmperiyadan qurtulmamızda 20 yanvarın xüsusi özəlliyi var

Fərəc Quliyev:İmperiyadan qurtulmamızda 20 yanvarın xüsusi özəlliyi var
Qarabağ işğaldan azad olunduqdan sonra təqvimdə işğal günləri silindi. İndi artıq xalq olaraq torpaqların işağldan azad olunması tarixlərini qeyd edirik.

Bir neçə gün sonra Qanlı 20 Yanvar hadisənin 31-ci ildönümüdür. Bu təqvimə də münasibət, yanaşma dəyişilməlidirmi?

Xatırladaq ki, 20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da paytaxt Bakıda törədilib. Həmin vaxt keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən xalqın üzərinə yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.

MDHP lideri Fərəc Quliyev qeyd etdi:

“Torpaqlarımızın işğal olunması təqvimləri tariximizdə əbədi olaraq qalacaq. Yəni həmin təqvimləri qeyd etməsək də, yaddaşlarımızda xatırlanacaq. Mütləq şəkildə gələcək nəsillər bilməlidir ki, nə baş verib.

Məlum olduğu kimi artıq torpaqlarımızın işağldan azad olunması təqvimlərini qeyd edirik. Amma 20 Yanvarın xüsusi özəlliyi var. Həmin tarix imperiyadan qopmaq üçün xalqımızın göstəridiyi mücalidə zamanı imperiya ordusunun üstümüzə gəldiyi gündür. Bu, təkcə qara tarix deyil, həm də şanlı tariximizdir. Millət qolunu çırmalayıb, tankın altına girdi və azadlığını əldə edib.

Əslində 1991-ci ildə müstəqilliyimizi qazandığımız dövrə qədər xalq olaraq böyük tarix keçmişdik. Mütəmadi olaraq həm Cənubda, həm Şimalda xalq hərəkatları keçirilib. Məsələn, Cənubda Pişəvari hərəkatı, Şimalda Rəsulzadə hərəkatı, Rəsulzadənin vaxtında Mühacirət hərəkatı və sairə. Bütün bunların hamısı tarixdir və təbii ki, ən əzəmətli hissəsi 20 Yanvarda baş verdi, xalq imperiyaya qarşı vuruşdu. Rusiya o zaman açıq-aşkar deyirdi ki, "gəlmişik Xalq Hərəkatını əzək". Beləliklə, 20 Yanvar xalqı əzmək üçün törədilən cinayət idi və biz bunu unuda bilmərik.

Bildiyiniz kimi Şərqi Avropada, Slovakiyada, Polşada, Çexiyada, Gürüstanda, Pribaltikada da eyni hadisə baş vermişdi. Həmin dövlətlər də o tarixləri unutmayıblar. Biz də gərək 20 Yanvarı unutmayaq”.

Xalidə Gəray,
“Yeni Müsavat”