Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Radikal müxalifətin möhtəşəm qələbəmiz haqqında fikir bilriməyə haqqı yoxdur - Partiya sədri

Radikal müxalifətin möhtəşəm qələbəmiz haqqında fikir bilriməyə haqqı yoxdur - Partiya sədri
Özlərini radikal müxalifət adlandıranlar Azərbaycanda marağı olan və bizim dostumuz olmayan xarici qüvvələr tərəfindən bir maşa kimi istifadə olunur. Ona görə də onların 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi haqqında fikir söyləməyə haqları yoxdur və oların dediklərinin də heç bir əhəmiyyəti yoxdur. Bunu Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
F.Quliyev bildirib ki, özlərini radikal müxalifət adlandıranlar həmişə ölkəmizə qarşı düşmənçilik mövqeyindən çıxış ediblər:
"Açığı radikal müxalifətin fəaliyyətini izləmirəm, çünki bunun əhəmiyyəti olduğunu düşünmürəm. Onlar cəmiyyətə heç bir təsiri olmayan, kənarda oturub camaata ağıl vermək istəyən və ölkəyə qarşı düşmənçilik mövqeyində olan bir kəsimdir.
Azərbaycanda olan 50 siyasi partiya Vətən müharibəsi dönəmində bir yerdə fəaliyyət göstərdilər, xalqımızın siyasiləşmiş və siyasiləmşəmiş hissəsi, diasporadakı insanlarımız hamısı bir yerdə çalışdılar. Yəni indi özlərinə nə ad qoymasından asılı olmayaraq bunlar radikal müxalifət müxalifət qüvvəsi deyillər, ümumiyyətlə bir qüvvə deyillər.
Xarici qüvvələrin dəstəyi ilə yaradılanda milli şura hətta razılaşmışdı ki, Dağlıq Qarabağda ikinci Ermənistan dövlətinin yaradılmasına da razılıq verəcəklər. Yəni bunlar bu cür insanlardır, indi onların hansı mövqe bildirməsi bizim üçün əhəmiyyətli deyil.
Hesab edirəm ki, özlərini radikal müxalifət adlandıranların Azərbaycanın möhtəşəm qələbəsini gözdən salmaq, başqa dövltlərin adına yazmaq cəhdləri, ümumiyyətlə bu barədə bir mövqe bildirmələri cəmiyyət tərəfindən birmənalı qəbul olunmur. Cəmiyyətimiz də bilir ki, Azərbaycanda marağı olan və bizim dostumuz olmayan xarici dairələr belə qüvvələrdən maşa kimi istifadə etməyə çalışırlar. Biz bunların fikirlərinin ictimailəşməsinə imkan verməməliyik”.