Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

MDHP-nin təbriki

MDHP-nin təbriki
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyevin 51 yaşı tamam olur. 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olan Fərəc İbrahim oğlu Quliyev ömrünün əsas hissəsini millətinə və vətəninə həsr etmişdir.
Bu şərəfli yolun yolçusu olan Fərəc Quliyev, layiqli liderdir. O, millət vəkili kimi göstərdiyi fəaliyyətə görə, çox vaxt Bütöv Azərbaycanın millət vəkili adlandırılır. Millətin vəkili olan Fərəc Quliyev, sədrlik etdiyi pariyada da bütün üzvlərin - rəhbərlikdə təmsil olunması və ya sravi üzv olmasından asılı olmayaraq hər kəsin haqqlarının müdafiçəsi olmaqla bərabər, pariya üzvlərinin hər birinə dost olmağı bacaracaq qədər böyük ürəyə sahib bir insandır.
Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq sədrimiz və əsl dostumuz olan Fərəc Quliyevi ad günü münasibətiylə təbrik edir, ona uğrunda mücadilə apardığımız Bütöv Azərbaycançılıq, Türkçülük və Milli Dirçəliş yolunda lider kimi uğurlar arzulayırıq!
Fərəc bəy, Tanrıdan diləyirik ki, bu yolda sizə güc versin! Sizi heç vaxt sevdiklərinizdən və sizi sevənlərdən ayırmasın!
Tanrı Sizi qorusun!
Tanrı Türkü qorusun!

Sayğılarla Milli Dirçəliş Hərəkatı Partiyası
22 dekabr 2013-cü il.