Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Karantinin sərtləşdirilməməsi üçün əhali tez bir zamanda peyvəndlənməlidir"

"Karantinin sərtləşdirilməməsi üçün əhali tez bir zamanda peyvəndlənməlidir"
Bu gün verilən rəsmi məlumata görə, uşaq bağçalarının fəaliyyəti bütövlükdə dayandırılmayacaq.

Bəs indiki məqamda, yoluxmanın artdığı günlərdə bu qərar nə dərəcədə düzgündür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, uşaq bağçalarında fəaliyyət göstərən işçilərin vaksinasiyaya cəlb olunmasından sonra qapanmalara ehtiyac yoxdur:

"Belə məsələlər təbii ki, səhiyyə orqanları və Operativ Qərargah tərəfindən müəyyənləşdirilir. Uşaq bağçalarında müəllimlərin və digər çalışanların peyvənd məsələsi sürətləndirilməlidir. Məncə bu olduqca zəruri addımdır. Yəni vaksinasiya işi aparılmalıdır ki, azyaşlılarla işləyən şəxslər virus daşıyıcısı və yoluxdurucu kimi təhlükəli olmasın. Əks halda əgər ehtiyac yaranarsa, məqsədəuyğun şəkildə bağçalar qapanmalıdır. Uşaq bağçalarında ciddi şəkildə bütün göstəricilərə əməl olunmalıdır. Peyvəndlənmə işləri aparıldıqdan və bütün şərtlərə tam şəkildə əməl edildikdən sonra uşaq bağçalarının bağlanmasına ehtiyac yoxdur.

Partiya sədri deyib ki, qapanmaların əleyhinədir:

"Ümumiyyətlə iş yerlərinin, bəzi iaşə obyektlərinin bağlanmasının əleyhinəyəm. Çünki insanların əmək haqqı problemi evlərinə qazanc aparması məsələsi ciddi narahatçılığa səbəb olmaqdadır. Bu gün karantin qaydalarının sərtləşdirilməməsi üçün əhalinin tez bir zamanda peyvəndlənməlidir. COVİD-19 əleyhinə bütün qayda – qanunlara ciddi riayət etmək çox böyük əhəmiyyət kəsb edir”.

Nərmin Məmmədliazxeber.com