Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

““İlin xalqı” ödülünün verilməsi mərasimi Şuşada keçirilməlidir”-Sabiq deputat

““İlin xalqı” ödülünün verilməsi mərasimi Şuşada keçirilməlidir”-Sabiq deputat
30 il öncə Azərbaycan xalqı öz əzmkarlığı ilə tarix yazdı. Qarabağda üsyan qaldırmış erməni separatçıları Bakıya tabe olmaq istəmirdi. Sovet rəhbərliyi isə ermənilərin tətəfini tutur, Dağlıq Qarabağı Emnrənistana vermək niyyətini gizlətmirdi.

Belə bir zamanda Azərbaycanda milli azadlıq hərəkatı başlandı. 1989-cu ildə imperiyanın bütün qadağalarına baxmyaraq 100 minlərlə azərbaycanlı Bakının mərkəzi “Azadlıq” meydanına toplaşdı.

19 günlük möhtəşəm mitinqlər Azərbaycan xalqının qırılmaz əzmini, mətin dirənişini bütün dünyaya nümayiş etdirdi. 1989-cu ildə Qərbdə nəşr olunan nüfuzlu jurnallardan biri mübarizə əzminə görə Azərbaycan xalqı “İlin xalqı” adına layiq görüldü. 31 il sonra Azərbaycan xalqı bu tarixi uğuru təkrarladı.

2020-ci ilin iyulunda ermənilər yeni torpaq ələ keçirmək iştahası ilə Tovuzda hərbi tərxibatlara başladı. Azərbaycan xalqının səbr kasası dolub daşırdı. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanlığı Qarabağda əks-həmlə əməliyyatına başlandıldığını elan etdi. 44 günlük Vətən savaşında Ermənistan tərəfindən işğal edilmiş Şuşa və Hadrut da daxil 7 rayon düşmən tapdağından azad edildi. İşğalçı düşmənə nifrət hissi Azərbaycan milli birliyə təkan verdi, dövlətlə xalqın birliyi ortaya qoyuldu.

İstiqlalçı millət vəkili Fərəc Quliyev hesab edir ki, Azərbaycan xalqına 2020-ci ildəki fədakarlığına görə də “İlin xalqı” adı verilməlidir.


“1989-cu ildə mübarizə əzminə görə “İlin xalqı” adına layiq görülmüş Azərbaycan xalqı məncə, bu il Tovuz hadisələri zamanı və sonrası bu fəxri adı yenidən qazandı. Biz 2020-ci ilin ən mübariz xalqı olduq. Bu birlik, bu milli əzm və iradə, qətiyyət qorunarsa, elə bu il Şuşada “İlin xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər!"-deyə, Fərəc Quliyev bildirib.

Fərəc Quliyev bildirib ki, bu törən milli qurtuluş mübarizəsi aparan Güney Azərbaycanda da milli oyanışa təkan verə bilər: “Güney Azərbaycan türkləri 44 günlük savaşda yanımızda oldu. Bacardıqları dəstəyi verdilər.

Qardaşlarımız Ermənistana hərbi və iqtisadi yardım aparan İran “TIR”-larına od vurdu. Araz kənarına toplaşaraq Azərbaycan ordusuna dəstəklərini nümayiş etdirdilər. Ordumuza dəstək aksiyasına çıxdıqlarına neçə-neçə güneyli fəal həbsə atıldı, işgəncə gördü. Əslində “İlin xalqı” tək Quzey Azərbaycan türkləri deyil, bütövlükdə 50 milyonluq azərbaycanlılardır”.

Ayxan/gunaz.tv