Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Milli Məclisdə Borçalı Türklərinin problemindən danışdıi (audio)

Fərəc Quliyev Milli Məclisdə Borçalı Türklərinin problemindən danışdıi (audio) Milli Məclisin bu günkü iclasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev maraqlı bir tıkliflə çıxış edib. Azərbaycanın yürütdüyü diaspor siyasətindən danışan millət vəkili təklif edib ki, Təhsil Nazirliyi tərəfindən ali məktəblərimizdə Borçalı Türklərinin ali təhsil alması üçün müəyyən bir limit ayrılsın. Fərəc Quliyev bunu, orda kadırların hazırlanması üçün gərəkli olması ilə əlaqələndirib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:



“Təşəkkür edirəm, cənab sədr!
Hörmətli kolleqalar, mən hesab edirəm ki, son dövrlərdə Azərbaycan kifayət qədər inkişaf etdiyi dövrdə də Azərbaycandan kənarda olan, diasporada olan insanlarımıza sahib çıxmağa başlıyıb. Ən azından diasporanın Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizminin həyata keçirilməsi üçün tədbirlər keçirir. Artıq kənarda olan soydaşlarımız Azərbaycan problemləri üzərinə dövlətimiz ilə bir yerdə getməyi bacarırlar. Gürcüstan türkləri ilə bağlı müəyyən addımlar atılıb. Orda azərbaycanlılar kompakt yaşadığı üçün sərmayə qoyuluşu çox mühim məsələ kimi qeyd olunmalıdır. Miqrasiya məsələləri ilə bağlı Azərbaycan tərəfindən olan güzəştlər müsbət qarşılanmalıdır. Eyni zamanda ora dərsliklərin göndərilməsi, insanlarımıza sahib çıxılması istiqamətində müəyyən işlər görülür və bundan sonra da görülməsi lazım olan işlər var. Məsələn, orda ən azından gələcəkdə bir ali məktəbin təsis olunması (yaradılması) kimi, orda bir milli təhsilin səhmana salınması mühim məsələdir və yaxud, gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq konfransın keçirilməsi və s. kimi məslələr. Amma, mən bugün bir başqa məsələyə toxunmaq istəyirəm: Qarşıdan yeni təhsil ili üçün təbii ki, insanlar ali məktəblərə seçimə başlıyacaq. Mən təklif edirəm ki, Azərbaycan tərəfi Borçalı türkləri üçün bir limit ayırsın – bu, 50 yer, ya 100 yer olacaq bilmirəm, amma hər halda biz kadrların hazirlanması üçün, məhz onların arasında bir testin keçirilməsi və ən yaxşılarının seçilib, orda kadrlarla təmin olunması üçün iş görməliyik. Məncə, Təhsil Nazirliyi belə bir addım atsa, sonra görüləcək işlər var ki, orda ali məktəblərin açılması kimi məsələlərə qədər bu işlərin görülməsi çox vacib şərtlərdən biridir. Mən bunu təklif edirəm və düşünürəm ki, müvafiq tədbirlər görmək üçün bir çətinlik olmaz.
Təşəkkür edirəm!”
MDHP Mətbuat Xidməti