Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycanlılar vətəni üçün döyüşməyə hazır olan xalqlar sırasında birincidir

Azərbaycanlılar vətəni üçün döyüşməyə hazır olan xalqlar sırasında birincidir
“Europamapas” sorğu mərkəzinin infoqrafikasına görə, Avropa ölkələri arasında Azərbaycan əhalisi vətəni üçün xarici təcavüzə qarşı hər an döyüşməyə hazır xalq kimi ilk sıradadır.

Təbii ki, bu ciddi məsələdir. Azərbaycanla müqayisədə Gürcüstan və Ukrayna əhalisinin xarici təcavüzə qarşı vuruşmaq istəkləri çox aşağıdır. Ukraynalılar Rusiyaya qarşı vuruşmaq məsələsində ciddi fikir ayrılıqları yaşayırlar.

Qeyd edək ki, bu sorğu Ermənistanda böyük məyusluq doğurub. Çünki erməni xalqının adı siyahıda heç sonucu da ola bilməyib.

Bəs azərbaycanlıları bu məsələdə fərqləndirən əsas keyfiyyət nədir? Azərbaycanlı üçün Vətən anlayışı nədən bütün dəyərlərdən, anlayışlardan öndə gəlir? Məlum olduğu kimi, torpaqlarımız 30 il işğal altında qaldı, amma millətimiz bu işğalla barışmadı və fikrən də olsa Qarabağı erməniyə təslim etmədi. Zamanı gəldi, savaş başladıb, torpaqlarını azad etdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, türklər zaman-zaman öz biləyinin gücünə və ağlına söykənərək, dövlət qurub:

“Türkün heç nəyi olmasa da həmişə dövləti olub. Türk olaraq böyük imperiyalar qurmuşuq və bu imperiyalar işğalçı siyasətdən daha çox orada olan xalqların mədəniyyətinin inkişaf etməsinə, dinlərə hörmətlə yanaşmağa çalışıb, həmçinin öz ərazilərini qorumağı bacarıb.

İkinci bir tərəfdən türk xalqı olaraq öz torpaqlarımızı qorumaq üçün hər zaman savaşa hazır olmuşuq. Bütün dünya gördü ki, ermənilər işğal etdikləri Kəlbəcərdən çıxarkən evlərini belə yandıraraq çıxırdılar, çünki bilirdilər ki, özlərinin deyil. Lakin biz o torpaqları tərk etmək məcburiyyətində qalanda evlərimizi yandırmamışdıq və bilirdik ki, bu torpaqlar bizimdir, nə vaxtsa geri qayıdacağıq.

Xatırladım ki, hələ 1989-cu ildə də belə bir sorğu keçiriləndə Azərbaycan xalqına ən mübariz və ən döyüşkən xalq statusu verilmişdi. Biz haqqımızı zaman-zaman zorla almışıq, onu bizə rahat şəkildə verməyiblər. Şimali və Güney Azərbaycanda 4 dəfə dövlət qurmuşuq. Dövlətimiz olmayanda isə qaçaqçılıq hərəkatı yaratmışıq. Biz azadlıqsevər xalqıq. Bitkilər həmişə Günəşə sarı boylanan kimi biz türk xalqı da hər zaman azadlığına boylanan xalqıq.

Son Vətən müharibəsi də onu göstərdi ki, hər tərəfdən bizə hücum edib, o torpaqları bizə unutdurmağa çalışsalar da ən primitiv silahlarla belə alınmaz Şuşa kimi yeri ala bildik. Ona görə də Azərbaycanın o siyahıda birinci yerdə olması heç də təəccüblü deyil. Biz ruhən də, fiziki mənada da çox güclüyük və hər zaman döyüşə hazırıq".

Xalidə GƏRAY/“Yeni Müsavat”