Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

25.02.2014 - Azərbaycan Milli Məclisi

25.02.2014 - Azərbaycan Milli Məclisi Bu gün Milli Məclisin iclasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışında bir neçə vacib məqama toxunub. Xocalı soyqırımı ilə bağlı xalqa başsağlığı verən millət vəkili, bu faciəni tanıyan ölkələrə yenidən müraciət edərək, Ermənistana embarqoların qoyulmasıyla bağlı təkliflər etməyin gərəkliyini bildirib. Sonra, Fərəc Quliyev Parlamentdə Qarabağ Komitəsinin yaradılması təklifi ilə çıxış edərək, komitənin struktur forması, mexanizmi və səmərəliliyi barədə də təkliflərini təqdim edib. MDHP sədri, spikerə Ukrayna hadisələrində dünyasını dəyişmiş adamlarla bağlı Azərbaycan adından həmin ölkəyə başsağlığı göndərilməsini də təklif edib.

Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:


Təşəkkür edirəm, cənab sədr!

Məndə xalqımıza başsağlığı verirəm. Cənab spiker, çıxışınızın priampula hissəsində bir fikirə toxundunuz. Orada Xocalı Soyqırımı ilə bağlı bir çox dövlətlərin adı çəkildi ki, onlar rəsmən bu soyqırımı tanıyıbdılar, münasibət bildiriblər, bir çox parlamentlərdə bu müzakirələr gedib. Mənə elə gəlir ki, biz parlament adından baxmayaraq ki, biraz təkrarçılıq olar, həmin parlamentlərə, həmin hökümətlərə yenidən bir müraciət hazırlayıb, həm onlara təşəkkür bildirməliyik və həm də onlara bildirməliyik ki, siz özünüzdə bu soyqırımı tanımısınız . Bildirməliyik ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi vardır, bu qətnamələrin həyata keçməsi üçün ya hərbi sanksiyaların ya qeyri- hərbi sanksiyaların tətbiqi üçün təşəbbüslə çıxış eləsinlər və yaxud da BMT-də bu məsələlərin müzakirələrini təklif eləsinlər. Bu çox əhəmiyyətli bir məsələ olar. Üstəlik məndə o fikirdəyəm ki, Xocalı faciəsini təkcə anmaqla və bu anım günlərində Qarabağı, bu hadisələri xatırlamaqla kifayətlənmək mümkün deyil.
Mən parlamentdə təklif etmişdim və bir daha təklif edirəm ki, əgər mümkünsə, müzakirə olunarsa Parlamentdə bir daimi Qarabağ Komitəsinin formalaşdırılmasına ehtiyac vardır. Bu komitənin tərkibinə parlamentdə təmsil olunan partiyaların nümayəndələri istisnasız olaraq daxil olmaqla və əlavə deputatlar daxil olmaqla yaradıiması,mütəmadi olaraq müzakirələr aparılması çox vacibdir. Bir neçə səbəbdən bu məsələ də çox əhəmiyyət kəsb edər ki, həm əhalinin müəyyən təbəqələrini təmsil edən hakimiyyətdə olmayan partiyaların yerlərdən xalqın iradəsini özündə ifadə edən Qarabağla bağlı müzakirələri komitələrdə çıxarıb müzakirə edə bilərik və həm də gələcəkdə bunu bir daimi dinləmələr və yaxudda ki, hər hansı bir formada bir dəfə olan dinləmdə o mükəmməl, ortaq fikiri də burda müzakirəyə çıxarmaq mümkündür.
Məncə bunu eləmək üçün əsasımız vardır . Həm də bu fikir bir neçə dəfə səslənibdir ki, biz istəmişik ki, Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin ,güc nazirliklərinin ya qapalı ya açıq dinləmələrdə iştirakı təmin olunsun. Amma bunu yenə də o dediyim halda partiyaların təmsilçiliyi ilə parlamentdə bir komitə yaradıb müzakirə etmək əhəmiyyətli bir məsələ olar. Mən bir daha təklif edirəm, hesab edirəm ki, biz bir çox parlamentlərdə, dünya parlamentlərində dinləmələr apardığımız halda Azərbaycan parlamentində Qarabağ dinləmələrini aparmamağımız doğru sayılmaz.

Cənab spiker, siz bayaq Ukranya ilə bağlı bir məsələyə toxundunuz. Amma mən də bir fikirimi bildirmək istəyirəm ki, hər halda Ukranyada baş verən hadisələrdə həlak olanlarla bağlı Azərbaycan parlamenti Ukranya xalqına bir başsağlığı verə bilər və Ukraynanın müstəqilliyinin qorunması üçün biz də dünya ictimaiyyətini bu məsələlərdə səsini qaldırmasına bir çağırış edə bilərik.

Təşəkkür edirəm.