Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Ermənistan sülh müqaviləsi bağlamasa, ağır bədəl ödəyəcək” - Müharibə ehtimalı

“Ermənistan sülh müqaviləsi bağlamasa, ağır bədəl ödəyəcək” - Müharibə ehtimalı
“Ermənistanın sülh müqaviləsi bağlamaması, sərhədləri və Azərbaycan əraizlərini tanımaması yeni bir situasiyadır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev söyləyib.

Onun sözlərinə görə, bu gündən sonra ərazilərimizdə təxribat olacaqsa, atəşkəs pozulacaqsa, bütün bunlar Azərbaycan ərazilərində elan olunmamış ikinci müharibə deməkdir.

Ermənistan illər boyu işğal etdiyi ərazilərimizdə qondarma rejim qurmuşdu. Bu rejim hətta Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlıların da hüququnu pozurdu. 44 günlük müharibədə bütün bunlara son qoyduq, Ermənistanı məğlub etdik və savaş bitdi. Ölkə başçısının da dediyi kimi nə Dağlıq Qarabağ muxtar vilayəti deyilən bir anlayış var, nə də hansısa statusdan söhbət gedə bilər.

Prezidentimizin fərmanı ilə Qarabağ iqtisadi bölgəsi yaranıb.

Ölkə prezidenti Xocasəndəki çıxışında bildirdi ki, ermənilər daha ağır bədəl ödəmək məcburiyyətində qalacaqlar. Birincisi, Ermənistan-Azərbaycan savaşı bitdi və düşmən ağır məğlubiyyətə uğradı. İkincisi, bu proses beynəlxalq müstəvidə davam edir. Biz təzminatlarımızın ödənilməsi üçün mübarizəmizi davam etdirəcəyik. Ermənistan bu təzminatları ödəmək məcburiyyətindədir. Kommunikasiyaların açılmasına dair də işlər görüləcək. Lakin indiki mərhələdə Ermənistan bu reallığı qəbul edib, sülh sazişi bağlayıb ərazi bütövlüyümüzü tanımayacaqsa, bu, yeni müharibə səbəbidir”.

Yeganə Bayramova/sherg.az