Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

İrəvan sülhə məcbur edilməlidir: “Xocalı, Xankəndi və Xocavənddə antiterror əməliyyatları keçirilə bilər”

İrəvan sülhə məcbur edilməlidir: “Xocalı, Xankəndi və Xocavənddə antiterror əməliyyatları keçirilə bilər”
Ermənistanla sərhəddə növbəti dəfə atışma səsləri eşidilir.

Artıq bir neçə gündür ki, Ermənistan sərhəddə təxribat törədir və Azərbaycan cavab atəşi ilə düşməni susdurur.

Nikol Paşinyan bir neçə gün əvvəl sülhdən danışırdısa, bu gün bir daha 10 noyabr Bəyanatının və 11 yanvar razılaşmasının pozulması ilə qarşı-qarşıyayıq. Azərbaycanın Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, 26 iyulda Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən mövqeləri yenidən atəşə tutulub. Ekspertlər hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi problemin yeganə həlli yoludur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev vəziyyəti dəyərləndirərkən Cebhe.info-ya bildirib ki, əgər məsələ sülh yolu ilə həll olunmursa və imzalanmış protokollara əməl edilmirsə, sülhə məcburetmə tədbirləri görülməlidir:

“Birincisi, bu məsələdə hakim rolunu oynayan Rusiya öz imzasına hörmət edərək Ermənistanı cəzlandırmalı, ən azından onların təhdidlərinə son qoyulması üçün tədbirlər görməlidir. Bu işin öhdəsindən gələ bilmirsə, sülhməramlılar ölkəmizi tərk etməli və Azərbaycan ordusu özü atəşkəs rejiminin bərpası üçün tədbirlər görməlidir”.

Partiya sədri bildirib ki, Azərbaycan məsələnin dinc yolla həll olunması tərəfdarı olsa da, bu yolla problem həll olunmadığı təqdirdə hərbi tədbirlər görmək haqqını özündə saxlayır.

Şəbnəm Adil/Cebhe.info